AZ

Bakı-Ağstafa sürət qatarı yolda qaldı

Bakı-Ağstafa-Bakı sürətli sərnişin qatarında yolun Kürdəmir rayonu ərazisindən keçən hissəsində qısa müddət yolda qalıb.

Redaktor.az xəbər verir ki, bu barədə baku.ws məlumat yayıb.

Bildirilib ki, Ağstafa istiqamətində hərəkət edən qatar Kürdəmirdə dayanıb. Sərnişinlər 30 dəqiqəyə yaxın gözləməli olublar.

Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyətindən (QSC) bildirilib ki, hadisəyə səbəb elektrik təchizatının verilməsində yaranmış qısa fasilə olub. Hazırda qatar hərəkətini davam etdirir.

Seçilən
38
2
Mənbələr
Şərh ()
Bağla