AZ

Mərkəzi Bank ilə "Visa" arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Azərbaycan Mərkəzi Bankı (AMB) və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkəti ilə əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

“Report” xəbər verir ki, bu barədə AMB sədri Taleh Kazımov “X” hesabında bildirib.

T. Kazımovun rəhbərlik etdiyi nümayəndə heyətinin ABŞ-yə işgüzar səfəri zamanı Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Yaz Toplantılarında iştirak çərçivəsində “Visa” təşkilatının Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika regionu üzrə prezidenti Endryu Torre ilə görüşüb.

“Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Yaz Toplantılarında iştirak çərçivəsində “Visa” təşkilatının Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika regionu üzrə prezidenti Endryu Torre ilə görüşdük. Görüş zamanı Mərkəzi Bank ilə "Visa" arasında mövcud əməkdaşlıq və gələcək fəaliyyət imkanlarını müzakirə etdik”. – deyə, T.Kazımov bildirib.

Seçilən
63
5
Mənbələr
Şərh ()
Bağla