AZ

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib – FOTO

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən Şamaxı rayonunda İcra Hakimiyyətinin dəstəyi ilə gənclər üçün zərərli vərdişlərin fəsadlarına həsr edilmiş konfrans keçirilib.

Vətəninfo.az xəbər verir ki, tədbirdə Dövlət Xidmətinin əməkdaşları ilə yanaşı Şamaxı Rayon İcra Hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları və bir sıra dövlət qurumlarının məsul şəxsləri iştirak edib.

Mərasimdə çıxış edən SHXÇDX-nin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov gənclər arasında zərərli vərdişlərin yayılmasının qarşısının alınması məqsədilə görülən işlər barədə danışıb. Yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan adətlərdən uzaqlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davamlılığının zəruriliyini vurğulayıb. Həmçinin sabahın əsgəri olacaq çağırışçıların fiziki və psixoloji statuslarına müəyyənedici təsir göstərən sağlamlıq meyarlarının yüksək səviyyədə saxlanılmasının qarşıda duran əsas vəzifələrdən biri olduğunu bildirib.

Görüşdə iştirak edən Vətən Müharibəsi Qəhrəmanı polkovnik Raqif İsrayılov 44 günlük Vətən Müharibəsi ilə bağlı xatirələrini bölüşüb, gənclərə dəyərli tövsiyələrini çatdırıb.

Qeyd edək ki, analoji tədbir əvvəlki aylarda ölkənin bir sıra rayonlarında təşkil edilib və gələcək aylarda digər yerlərdə də keçirilməsi planlaşdırılır.

image-1 image-2 image-3 image-4

Seçilən
47
13
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Bakıda hoteldə yanğın başlayıb
731
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
454
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
352
Bu yol qovşağında təmir işləri aparılacaq
284
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
202
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
180
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
171
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
165
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
133
Bakıda 9 otaqlı evdə yanğın baş verib
120
Çingiz Mustafayevin toyudur - FOTOLAR
119
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
110
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
92
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
86
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
77
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
70
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
64
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
41
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
36
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
35