AZ

Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var

Salyanda baş verən yol qəzasında 3 nəfər xəsarət alıb.

 Qalalı kəndində "Hyundai” markalı avtomobil "VAZ-21015”-lə toqquşub.

Qəza nəticəsində rayonun Arbatan kənd sakinləri - 2002-ci il təvəllüdlü Həsənov Kərim Rövşən oğlu, 2003-cü il təvəllüdlü Məmmədov Əlisəfa Telman oğlu və 2001-ci il təvəllüdlü Mənəfov Nurlan Abdul oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.
 
 
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
180
14
Mənbələr
Şərh ()
Bağla