AZ

Hizbullah bildirib ki, o, İsraillə gərginliyi artırmaq istəmir

Hizbullah İsraillə eskalasiyaya can atmır, lakin yəhudi dövləti Livanın cənubundakı hücumlarını genişləndirsə, ona eyni şəkildə cavab veriləcək. Bizimyol.info xəbər verir ki, bu barədə Livan şiə təşkilatının baş katibinin müavini Naim Qasim "NBC News"a verdiyi şərhdə bildirib. “İsraillilər bizə qarşı müharibəyə qərar verməsələr, biz genişmiqyaslı müharibə aparmaq barədə qərar verməyəcəyik”, - deyə o qeyd edib. Eyni zamanda o, Hizbullahın “israillilərin Livanın cənubunda döyüş qaydalarını pozmasına” icazə verməyəcəyini vurğulayıb. “İsraillilər hücumlarını genişləndirsələr, biz də onlara adekvat cavab verəcəyik”, - deyə o qeyd edib. Fələstin-İsrail gərginliyindən danışan Qassem mülki itkilərə görə həm İsrailin, həm də ABŞ-ın üzərinə bərabər məsuliyyət qoyub. “Mən inanıram ki, ABŞ prezidenti Co Bayden və İsrailin Baş naziri Benyamin Netanyahu çox kiçik fərqlərlə eyni sxemdə iştirak edirlər”, - baş katibin müavini bildirib. Aprelin 13-ü axşam saatlarında İran İslam Respublikasının Dəməşqdəki səfirliyinin konsulluq bölməsinə hava hücumu da daxil olmaqla, çoxsaylı cinayətlərə cavab olaraq İsrailə doğru pilotsuz təyyarələr və raketlər atıb. Aprelin 15-də "ABC News" İsrail Müdafiə Qüvvələrinin sözçüsü Peter Lernerə istinadən xəbər verib ki, hərbçilər İranın hücumuna cavab vermək üçün ölkə hökumətinə geniş imkanlar təqdim edib və hakimiyyət yaxın günlərdə gələcək addımlar barədə qərar verəcək. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
9
Mənbələr
Şərh ()
Bağla