AZ

Rusiya, Türkiyə liqalarından təklif olarsa, dəyərləndirməyə çalışacağam - Rəşad Sadıqov (VİDEO)

Bakı. Trend:

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun İdman.biz saytınamüsahibəsi

- Premyer Liqanın 31-ci turunda “Neftçi”yə qarşıkeçirəcəyiniz oyunun hazırlıqları necə gedir?

- Mövsümün sonunun yaxınlaşdığını nəzərə alsaq, üstümüzdə təzyiqçoxdur. Amma futbolçular, məşqçilər maksimum çalışırıq ki, butəzyiq bizə təsir göstərməsin. Növbəti turda bizi “Neftçi”yə qarşıoyun gözləyir. Rəqib matçdan-matça öz oyununu artırır. Son görüşdədə “Araz-Naxçıvan”a qarşı inamlı nəticə gördük. Turnir cədvəlindəqonşu mövqeydəyik. Aramızda 1 xal fərq var. Maksimum çalışacağıqki, əlimizdən gələni edək və oyundan yaxşı nəticə ilə ayrılaq,qələbə qazanaq. Amma görüşün necə gedəcəyi barədə proqnoz bildirməkçətindir. Çünki qarşımızda tarixi komanda var. Yaxşı formalaşmışheyət və təcrübəli məşqçi var.

- Üzərinizdə təzyiqin olduğunu dediniz. Bəs “Neftçi”yə 7matçdır qalib gəlməməyiniz əlavə təzyiq olacaq? Bu barədəfutbolçularla danışmısınız?

- Futbolçularla da, özümüz də bu barədə söhbət etmişik. “NeftçiArena”da keçirdiyimiz son oyunları yada salsaz, o matçlarda üstüntərəf biz olmuşuq. Əlimizə düşən fürsətlərdən istifadə edəbilməmişdik. “Neftçi” isə yaratdığı 1 fürsətdən yararlanaraq qələbəqazanıb. Əslində, evdə 1:1 hesabı ilə başa çatan matç bizim üçündaha çətin keçmişdi. “Neftçi” ilə matçlarda əvvəlcədən proqnozvermək çətindir.

- Mövsümə yaxşı başladız, amma sonradan klubda enişyaşandı. Son matçlarda isə inamlı təsir bağışlayırsınız. Komandanınecə toparladınız?

- Eyni proqramla işlədik, eyni işi gördük. Biz qələbəqazanmadığımız dövrdə də elə oyunlar olurdu ki, mən razı qalırdım.Qalib gəldiyimiz elə qarşılaşmalar olub ki, komandadan narazıqalmışam. Biz məşqçi heyəti tək nəticə ilə kifayətlənə bilmərik. Osəbəbdən də nəticədən əvvəl çalışırıq ki, görüşü təhlil edək, oyunplanında problemləri aradan qaldıraq. Nəticə yoxdursa, oyunyaxşıdırsa, futbolçulara narahatlıq hiss etdirməməyə çalışırıq.Amma nə qədər bu məqamlara fikir versək də, futbolçulara hər zamannəticə təsir edir. Bir məqam var idi ki, məndə də narahatlıq varidi. Qələbə qazana bilmirdik, qol vura bilmirdik. Şükürlər olsunki, futbolçular bundan böyük məyusluq yaşamadılar. Yenə də yarışıniçindəyik, medallar uğrunda mübarizə aparırıq.

- Uzun fasilədən sonra Araz Abdullayevi yenidən meydandaizlədik. Onun performansı ilə bağlı nə düşünürsünüz?

- Abdullayevin istedadı hər kəsə bəllidir. Fikrini işinəverdikdə yaxşı futbolçudur. Hər komandaya fayda verə bilər. Yetərki, futbola daha çox diqqət ayırsın, diqqətli olsun.

- “Sumqayıt”la matçdan sonra ölkə xaricində işləməyəmaraqlı olduğunuzu dediz. Bəs hansı liqalarda işləməkistərdiniz?

- Açığı, futbolçu kimi də ölkə xaricindən təklif olan kimidüşünməmişəm, dəyərləndirməyə çalışmışam. Məşqçilik karyerası biraz fərqlidir, amma yenə də yəqin ki, yaxın ölkələrdən Rusiya,Türkiyə liqalarından təklif olduğu halda fikirləşmək mümkündür.

- Son vaxtlar çempionatda komanda sayının artırılabiləcəyi ilə bağlı söhbətlər yayılıb. Buna münasibətiniznecədir?

- Hər bir qərarın arxasında mənfi və müsbət tərəflər var. Birkomanda düşüb, biri qalxdıqda, say artmadıqda “Qəbələ” kimikomandanı itirə bilərik. 1 ildən sonra onlar Premyer Liqaya necədönəcək, o da məlum deyil. Digər tərəfdən kimsə getməsin və kimsəqalmasın prinsipi ilə davam etsək, bu da uğursuz olacaq. Bir neçəildir görürük ki, bu, liqaya xüsusi maraq qatmır. Aşağı liqadan 2komanda gəlsin desək, bu da çempionatın keçirilmə prinsipini,sistemini dəyişə bilər. O nə dərəcədə effekt verər, ya verməz, onuda bilmirəm. Yaxud da 2 komanda əsas liqaya çıxmağa hazırdırmı? Buda sual doğurur. 14 komandalıq sistemə hazır olduğumuzu qətidüşünmürəm. İstəyərəm ki, çempionatımızda 18-20 komanda olsun, 2dövrə oynayaq. Amma buna zamanla getməliyik. İndi fikirləşirəm düzyoldayıq, yavaş-yavaş komanda sayı artır, keyfiyyət aşağı düşmür.Elə bir qərar verməliyik ki, futbolumuz və klublarımız üçün zərərliolmasın. AFFA rəhbərliyi ən düzgününü edəcək və futbolumuza təkanolacaq.

Seçilən
70
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
19962
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19124
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18140
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17485
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16211
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
15959
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15952
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15229
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11741
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11215
"Zaur, yenə çaşdın..." - VİDEO
8790
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7900
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
7833
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7619
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7337
Minimum əmək haqqı nə qədər arta bilər?
7011
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6847
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6115
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5696