AZ

Fransanın növbəti diplomatları qovulub

“Ölkələrin suveren hüquqlarına hörmət etmədən səfirlikləri vasitəsilə casusluq və digər qanunsuzluqlara yol verən Fransa dövlət strukturları növbəti dəfə Fransanın imicinə xələl gətirən beynəlxalq qalmaqalla üzləşiblər.

Publika.az xəbər verir ki, bu barədə dövri silsilə yazılarla çıxış edən “Observer Online”-nın 18.04.2024-cü ildə yayımlanan “Fransaya növbəti dəfə qapını göstərdilər” başlıqlı məqaləsində qeyd edilir:

Məqalədə deyilir: “Azərbaycanın təhlükəsizlik orqanında gedən cinayət işi ilə əlaqədar hələ 2023-cü ilin dekabrında Fransanın səfirlikdaxili kəşfiyyatçılarını “persona non-qrata” elan edib Parisə yola salan Azərbaycanın təcrübəsini bir neçə dövlət xüsusi həvəslə davam etdirmiş, eləcə də Burkina Faso 16 aprel 2024-cü il tarixli notası ilə 3 fransız “diplomatı” pozucu fəaliyyətlərinə görə “persona-non qrata” elan edərək ölkədən çıxarılmalarını təmin etmişdir. Bu qədər diplomatı qovulan ikinci ölkə yoxdur və gedişat Fransanın öz rekordunu təzələyəcəyini göstərir.
“Observer Online” eksklüziv notanı dəyərli oxucuları ilə bölüşür:

18 aprel 2024-cü ildə “France 24” kanalı deyir ki, rəsmi Paris diplomatların ölkədən qovulmasını əsassız hesab edir. “Burkina rəsmilərinin bu qərarının heç bir hüquqi əsası yox idi, biz ancaq təəssüf hissi keçiririk” – Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Kristof Lemuan bildirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
12
Mənbələr
Şərh ()
Bağla