AZ

Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO

Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada kişi ana və atasını qətlə yetirib.
 
Hadisəni törətməkdə şübhəli bilinən Fikrət Məmmədov taksi sürücüsü kimi çalışırmış. Ailə arasında ara-sıra münaqişələr də baş verirmiş. Münaqişələrin sonuncusu da qətllə yekunlaşıb.
 
Baku TV-yə danışan qonşu qadın bir neçə ildir qonşu olduqlarını bildirib:
 
“Fikrət Mehriban və sakit uşaq idi. Ailəliklə mehriban adamlar idi. Biz ancaq kömək elə səsini eşitdik. Amma gələndə gec idi”.
 
Daha ətraflı süjetdə:
 
 
08:00
 
Sumqayıtda törədilmiş qətl hadisəsi ilə bağlı cinayət işi açılıb.
 
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
 
Qeyd olunub ki, aprelin 19-da Sumqayıt şəhəri ərazisində iki nəfərin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 2000-ci il təvəllüdlü Fikrət Məmmədovun yaşadığı Sumqayıt şəhəri 41-ci məhəllə ünvanında aralarında yaranmış mübahisə zamanı 1962-ci il təvəllüdlü atası Hakim Məmmədov və anası Zərifə Məmmədovaya bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsilə cinayət işi başlanıb, F.Məmmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
 
Hazırda ibtidai istintaq davam edir.
 
06:42
 
Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada dəhşətli qətl hadisəsi törədilib.
 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, aprelin 19-da saat 3 radələrində 1962-ci il təvəllüdlü Hakim Məmmədov və həyat yoldaşı, 1965-ci il təvəllüdlü Zərifə Məmmədova yaşadıqları evdə kəsici alətlə qətlə yetiriliblər.
 
Cinayət əməlini törətməkdə onların oğlu, 2000-ci il təvəllüdlü Fikrət Hakim oğlu Məmmədov şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılıb.
 
Faktla bağlı araşdırma aparılır.
Seçilən
143
11
Mənbələr
Şərh ()
Bağla