AZ

İntihara cəhdin qarşısı alınıb

Gecə saatlarında Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində 1 nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.AzVision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə məlumat verilib. Qısa müddət sonra əraziyə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Xilasedicilər tərəfindən vətəndaşla yaxın məsafədən müvafiq psixoloji söhbətlər aparılıb. Eyni zamanda xilasetmə yastığı açmaqla, zəruri təhlükəsizlik tədbirləri görülüb.

Xilasedicilər tərəfindən aparılan psixoloji söhbətlər nəticədində intihara cəhd edən vətəndaş 1981-ci il təvəllüdlü Əliyev Ramin Mirağa oğlu xilas edilib və körpüdən endirilərək aidiyyəti üzrə təhvil verilib.

AzVision.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
10
Mənbələr
Şərh ()
Bağla