AZ

Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib  

Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankı və Kürdəmir Rayon İcra Hakimiyyətinin dəstəyi ilə qanvermə aksiyası keçirilib.
 
Aztibb.az-a Xəstəxanadan verilən xəbərə görə, Ailə-Sağlamlıq Mərkəzində təşkil olunan qanvermə aksiyasında rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların nümayəndələri, gənclər, eləcə də ictimaiyyət nümayəndələri fəal iştirak ediblər.
 
Humanitar aksiya çərçivəsində hərtərəfli müayinədən sonra 150 nəfərdən çox könüllü donordan qan götürülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla