AZ

Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər – İDDİA + VİDEO

Son bir neçə gündə intensiv yağış Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində bəzi əraziləri su altında qoyub. Bundan ən çox da avtomobil sahibləri zərər görüblər. Çünki sel nəticəsində müxtəlif markalı çox sayda avtomobil suyun altında qalıb.

Xezerxeber.az-ın məlumatına görə, Azərbaycana da əsasən avtomobillər Koreya, ABŞ və Dubay bazarından idxal edilir.

Ən tez, yəni 15 günə Dubaydan Azərbaycana avtomobil gətirmək mümkün olduğu üçün bu işlə məşğul olan sahibkarlar da məhz Birləşmiş Ərəb Əmirliyindən maşın gətirməyə üstünlük verirlər. Bu hal onu deməyə əsas verir ki, həmin nasaz avtomobillər Azərbaycana da gətirilə bilər.

Avtomobil ustası Sahil Ağabəyli deyib ki, adətən, suda qalan avtomobili işbazlar oradan dəyərindən dəfələrlə ucuz alıb, Azərbaycan bazarındakından bir az fərqli qiymətə satırlar.

Suda qalan avtomobildə, xüsusən də alt hissəsində əvvəlcə paslanma, daha sonra da çürümələr olur. Usta deyir ki, avtomobil satışı ilə məşğul olanlar belə nəqliyyat vasitələrinin alt hissəsini təmizlədib, boya vurdururlar. Bunu alan şəxslərin özləri də baxdıqda müəyyən edə bilərlər.

Usta onu da əlavə edib ki, suda qalmış daxiliyanma mühərrikli avtomobillərdən fərqli olaraq, elektromobillərdə təmir xərci daha çox olur. Onun hətta təmirdən sonra istifadə edilməsi də risklidir.

Ətraflı süjetdə:

Seçilən
85
18
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3446
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
3402
Bu yol qovşağında təmir işləri aparılacaq
2905
Bakıda hoteldə yanğın başlayıb
2479
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1479
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1476
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1470
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1326
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1134
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1127
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1022
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
964
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
925
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
841
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
816
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
806
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
805
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
793
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
778
Sabah 5 kəndin qazı kəsiləcək
736