AZ

Teleqramda da stikerlər düzəltmək mümkün olacaq

Teleqram tərtibatçıları proqram messencerinə stiker yaratmaq üçün yeni bir özəlliyin əlavə olunduğunu elan ediblər. 

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, artıq hər bir istifadəçi foto və videolarından öz stikerini hazırlaya biləcək. 

Stikerlər yaratmaq üçün müvafiq bölməyə keçin və "+" işarəsinin üzərinə klikləyin. Sonra öz mətninizi, rəsminizi stikerlər, emojilər və giflər əlavə edərək hazırlaya bilərsiniz.

Fonu silmək və təsvirdən obyekti kəsmək, həmçinin şəklin bir hissəsini əl ilə silmək və bərpa etmək də mümkündür.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
92
6
Mənbələr
Şərh ()
Bağla