AZ

“Google” 28 əməkdaşını işdən çıxardı. Onlar İsraillə birgə layihəyə etiraz edirdilər - video

“Google” şirkəti İsrail hökuməti ilə birgə həyata keçirdiyi “Nimbus” layihəsinə etiraz edən və Qəzza zolağında fələstinlilərin soyqırımına son qoyulmasını tələb edən 28 əməkdaşını işdən çıxarıb.

“Nimbus” layihəsi çərçivəsində “Google” və “Amazon” şirkətləri 2021-ci ildə İsrail hökuməti ilə 1,2 milyard dollarlıq müqavilə imzalayıblar. Şirkətlər yəhudi dövlətini süni intellekt və bulud hesablama imkanlarını təmin etməlidirlər. “Google”un siyasəti şirkətin xidmətlərindən “ölüm, ciddi zərər və ya xəsarətlə nəticələnə biləcək zorakılıq”la bağlı istifadəni qadağan edir. Lakin “Time” və “The Intercept” nəşrləri İsrail tərəfindən “Nimbus” layihəsində Müdafiə Nazirliyinin iştirak etdiyini öyrəniblər.

“Time”nin məlumatına görə, layihə çərçivəsində İsrail Müdafiə Nazirliyinin “Google Cloud” infrastrukturuna öz giriş nöqtəsi var ki, bu da nazirliyə məlumatları saxlamaq və emal etmək, həmçinin süni intellekt xidmətlərindən istifadə etmək imkanı verir. 2022-ci ildə “The Intercept” tərəfindən əldə edilən sənədlər göstərir ki, İsrail üçün əlçatan olan “Google” xidmətlərində sifətin tanınması, təsvirin avtomatik təsnifatı və obyekt izləmə imkanları var.

“Google” şirkəti “Nimbus” layihəsi üzrə İsrail hökuməti ilə qarşılıqlı əlaqəsini müstəsna olaraq mülki münasibət kimi təsvir edir. Şirkətin nümayəndəsi “Time” nəşrinə bildirib ki, onların işi “silahlar və ya kəşfiyyat xidmətləri ilə bağlı məxfi hərbi missiyalarla” bağlı deyil. Bununla belə, etiraz edən “Google” əməkdaşları “Nimbus” layihəsinin hərbi məqsədlər üçün istifadə oluna biləcəyinə inanırlar. Onların narahatlığı üç fakta əsaslanır: İsrail Maliyyə Nazirliyinin 2021-ci ildə “Nimbus”un Müdafiə Nazirliyi tərəfindən istifadə ediləcəyi ilə bağlı birbaşa bəyanatı; İsrail hökuməti üçün istifadəyə veriləcək xidmətlərin xarakteri, həmçinin “Google” şirkətinin İsrail texnologiyalarının izləyə bilməməsi. Eyni zamanda, “Time”qeyd edir ki, mülki şəxslərin öldürülməsində “Google” xidmətlərindən istifadə edilməsinə dair heç bir sübut yoxdur.

2024-cü ilin mart ayında Nyu Yorkda “Google”un İsraildəki idarəedici direktoru Barak Regevin çıxış etdiyi konfrans keçirildi. Onun çıxışına özünü “Google Cloud” proqramçısı kimi təqdim şəxs müdaxilə edib. O, soyqırımı, aparteid və ya nəzarəti təşviq edən texnologiya yaratmaqdan imtina etdiyini bildirib. “Aparteid texnologiyalarına yox” deyə “Google” köynəyi geyən etirazçı zaldan çıxarılmazdan əvvəl deyib.

Proqramçının 23 yaşlı Eddi Hetfild olduğu məlum olub. Üç gün sonra o, “Google”dan işdən çıxarılıb. Bundan sonra şirkət daxilində “No Tech For Apartheid” assosiasiyası formalaşıb. Assosiasiyaya 200-dən çox şirkət əməkdaşı qoşulub.

Aprelin 16-da şirkət işçiləri Nyu-York və Kaliforniya ştatının Sunniveyl şəhərlərində etiraz aksiyasına çıxıblar. Nyu Yorkda onlar 10 saatdan çox davam edən oturaq aksiya keçiriblər. Kaliforniyada etirazçılar “Google Cloud”un baş direktoru Tomas Kuryanın ofisini zəbt ediblər. Hər iki idarəyə polis çağırılıb. “Google”un doqquz əməkdaşı saxlanılıb. “The Washington Post”un yazdığına görə, onlar bir neçə saat sonra sərbəst buraxılıblar.

Oturaq aksiyadan iki gün sonra “Google”un qlobal təhlükəsizlik üzrə vitse-prezidenti Kris Rakov bütün işçilərə daxili məktub göndərərək bildirib ki, ofisdə “belə davranışa” yer yoxdur və şirkət buna dözməyəcək.

Rakovun sözlərinə görə, oturaq aksiya iştirakçıları “ofis sahəsini zəbt ediblər, əmlakımızı dağıdıblar və digər “Google” işçilərinin işinə fiziki müdaxilə ediblər”. 

“Onların davranışı qəbuledilməz, son dərəcə destruktiv idi və digər işçilərə təhdid yaradırdı”, - məktubda deyilir. Rakov qeyd edib ki, araşdırma nəticəsində tətildə “əli olduğu aşkarlanan” 28 əməkdaş işdən çıxarılıb.

Buna cavab olaraq, “No Tech For Apartheid” nümayəndələri işdən çıxarılmalarını “Google” tərəfindən “açıq-aşkar qisas aktı” adlandırıblar. 

Seçilən
126
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Bakıda hoteldə yanğın başlayıb
913
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
594
Bu yol qovşağında təmir işləri aparılacaq
394
Sabah 5 kəndin qazı kəsiləcək
371
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
370
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
224
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
224
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
217
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
207
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
171
Çingiz Mustafayevin toyudur - FOTOLAR
143
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
137
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
127
Bakıda 9 otaqlı evdə yanğın baş verib
122
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
98
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
93
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
71
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
67
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
53
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
44