- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Dünya klublarının qlobal reytinqi açıqlanıb.
Bizim.Media xəbər verir ki, siyahıda planetin 1000 ən yaxşı komandası yer alıb. Cədvələ Azərbaycanın 4 klubu daxil edilib.
Premyer Liqanın çempionu “Qarabağ” dünyanın 172-cisidir. Qurban Qurbanovun yetirmələrinin əmsalı 0,671-dir. Ağdam klubu 8 pillə irəliləyib. “Zirə” 0,121 xalla 364-cü yerdədir. Rəşad Sadıqovun yetirmələrinin irəliləyişi 20 pillə təşkil edib.
“Neftçi” 376 addımlıq sıçrayışa nail olub. Bakılılar 0,108 xalla dünyada 409-cudur.
Rəşad Rafiqoğlu, Bizim.Media