AZ

“Bəlkə də, mən həyatımla vidalaşardım”

Xalq artisti Flora Kərimova həyat yoldaşının ölümündən sonra ifa etdiyi ilk mahnıyla bağlı paylaşım edib.

OLAY yazır ki, sənətçi instaqram hesabında haqqında çəkilən sənədli filmdən bu barədə danışdığı hissəni izləyiciləriylə bölüşüb.

“Qızımın atası avtomobil qəzasına düşdü. Çox gözlənilmədən oldu. O dövrdə qızım olmasaydı, bəlkə də, mən həyatımla vidalaşardım. Mənə Zivər xanım (red. – şairə Zivər Ağayeva) zəng etdi. Mənim itkimə, dərdimı ithafən o sözləri (red. – “Yoxluğunu bilə-bilə” mahnısı) yazdı. Təbii ki, bir il oxumadım. Mənim hansısa mahnını məşq edib oxumağa heyim yox idi. “Yanağımda göz yaşlarım düzülübdür gilə-gilə, gözləyirəm sən siləsən, yoxluğunu bilə-bilə” sözlərini gətirdi və bu söz məni çox tutdu. Zəng etdim Elza İbrahimovaya (red. – Xalq artisti), dedim bu sözlərə mahnı yazın. Elza bir az emosiyalarını saxlayan adamdır. İki gün bu mahnının üstündə ağlayıb və bir şey çıxmayıb. Çünki mənim itkimi öz itkisi kimi qəbul edirdi. Sonra oturdu, beş-on dəqiqənin ərzində mahnı yarandı. Yoldaşım 1988-də rəhmətə getdi. 1989-da birinci dəfə mən bu mahnıyla çıxdım. Qara paltarda çıxdım. Adımı çəkdilər. Göz yaşlarım da sel kimi axır. Cəmləşdim, elə oxudum, bəlkə də, mən bu mahnını heç vaxt elə küskün, üsyanlı, yazıq, bədbəxt oxumadım”, - deyə, o, söyləyib.

Qeyd edək ki, Flora Kərimova iki dəfə ailəli olub. İbrahim Topçubaşovla evliliyindən övladı olmayıb. İkinci həyat yoldaşı Faiq Şəfiyevdən Zümrüd adlı qızı dünyaya gəlib.

Seçilən
130
11
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21210
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19341
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18273
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17683
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16892
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16714
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16104
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15530
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12021
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11277
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9241
"Zaur, yenə çaşdın..." - VİDEO
8875
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8387
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8007
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7540
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7178
Minimum əmək haqqı nə qədər arta bilər?
7094
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6383
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5772