AZ

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Yaxın

Bakı, 18 aprel, AZƏRTAC

Naxçıvan dünyada ən qədim insan məskənlərindən biri hesab olunur. Təsadüfi deyil ki, Azərbaycanın memarlıq inciləri olan Möminə Xatun türbəsi və Xan Sarayı da məhz Naxçıvanda yerləşir. Bu diyarda qədim tikililərə, müxtəlif əsrlərə aid tarixi abidələrə, mədəni irs nümunələrinə rast gəlmək mümkündür. Naxçıvan haqqında çox sayda rəvayətlər və əfsanələr mövcuddur. Naxçıvan Azərbaycan xalqına və dünyaya dahi insanlar, mütəfəkkirlər, sərkərdələr bəxş edib. Ulu Öndər Heydər Əliyev belə şəxsiyyətlərin fövqündə dayanan əvəzolunmaz dünya lideridir. O, həyatı boyunca doğma Vətəninə, xalqına sadiqlik nümunəsi göstərib, ölkəmizin tərəqqisi, yüksəlişi üçün əlindən gələni edib. Dahi lider Naxçıvanın davamlı inkişafını hər zaman diqqətdə saxlayıb, onun gələcəyi ilə bağlı ən vacib qərarların qəbul edilməsinə nail olub.

Naxçıvan Muxtar Respublikasının yaradılmasından 100 il ötür. Muxtar Respublikada elmin və təhsilin inkişafına hər zaman xüsusi diqqət göstərilir, təhsil sisteminin maddi-texniki bazasının gücləndirilməsi və modernləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Hazırda Naxçıvanda bir neçə ali təhsil müəssisəsi, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi, Heydər Əliyev adına Hərbi Lisey, 200-dən çox ümumtəhsil məktəbi, eləcə də orta ixtisas və peşə məktəbləri fəaliyyət göstərir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri Nərgiz Qəhrəmanova bildirib. Onun sözlərinə görə, muxtar respublikada fəaliyyət göstərən alim və mütəxəssislər qədim diyarın tarixi, ədəbi-mədəni mühiti, memarlıq nümunələri, iqtisadiyyatı, təbii ehtiyatları və s. ilə bağlı əsaslı tədqiqatlar aparır, mühüm elmi nəticələr əldə edirlər. AMEA-nın Naxçıvan Bölməsinin 2023-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı hesabat iclasında bildirilib ki, ötən il Naxçıvan Bölməsində 12 monoqrafiya, 8 kitab, 1 metodik vəsait, 188 elmi məqalə, 93 konfrans materialı və 5 tezis olmaqla 307 elmi əsər nəşr edilib. Əsərlərdən 48-i xaricdə, 190-ı nüfuzlu beynəlxalq elmi jurnallarda çapdan çıxıb. Məqalələrdən 3-ü “Scopus” bazasında olmaqla, 8-i impakt faktorlu jurnalda dərc edilib.

“Bu gün Naxçıvan tarixdə ən qızıl dövrünü yaşamaqdadır. Muxtar respublika bütün sahələrdə yüksək inkişafa nail olub, burada ərzaq və enerji, eləcə də müdafiə təhlükəsizliyi təmin olunub. Azərbaycan xalqının çoxəsrlik nailiyyətlərini, mədəni irsini özündə yaşadan Naxçıvanda milli və dini dəyərlərə hörmətlə yanaşılır, elm və təhsil inkişaf etdirilir, adət-ənənələr qorunub saxlanılır, qədim yaşayış yerləri, tarixi memarlıq nümunələri bərpa olunur.

İnanırıq ki, 100 yaşı olan qədim diyarımız Naxçıvan bundan sonra daha da çiçəklənəcək, dövlətimizin inkişafı, cəmiyyətimizin tərəqqisi və milli vəzifələrimizin həyata keçirilməsi yolunda öz töhfələrini verməkdə davam edəcək. Eyni zamanda, Naxçıvanda fəaliyyət göstərən ziyalılar, elm adamları mühüm elmi nailiyyətləri, qlobal çağırışlara cavab verən tədqiqatları ilə Azərbaycan elminin inkişafında əhəmiyyətli rol oynayacaqlar”, - deyə N.Qəhrəmanova fikrini yekunlaşdırıb.

Seçilən
98
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
19484
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19005
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18061
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17364
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15890
Çingiz Mustafayevin toyudur - FOTOLAR
15868
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
15576
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15120
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11629
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11154
"Zaur, yenə çaşdın..." - VİDEO
8758
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7838
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7349
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7248
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
7084
Minimum əmək haqqı nə qədər arta bilər?
6973
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6765
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
5988
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5654