AZ

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu / Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Bakı. Trend:

16 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası DövlətNeft Şirkəti (SOCAR) ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWAPower” şirkəti arasında Yaşıl gübrələrlə bağlı əməkdaşlıq Sazişiimzalanıb.

Trend xəbər verir ki, sənədiSOCAR-ın vitse-prezidenti Anar Məmmədov və “ACWA Power” şirkətininHidrogen üzrə qlobal rəhbəri və vitse-prezidenti Driss Berrahoimzalayıblar.

Tədbirdə 2 fevral 2023-cü il tarixində şirkətlər arasındaAzərbaycan Respublikasında dənizdə və quruda külək, günəş və yaşılhidrogen kimi bərpa olunan enerji, həmçinin onlarla əlaqəli digərpotensial layihələrin birgə işlənməsinə dair Əməkdaşlıq haqqındaSazişin imzalandığı məmnunluqla qeyd olunub.

Bu xüsusda yeni imzalanan sənədin “Aşağı karbonlu / Yaşıl Gübrə”layihəsi çərçivəsində yaşıl gübrələrin (əsasən karbamid olaraq)potensial istehsalı və sonrakı satışı üzrə əməkdaşlığı nəzərdətutduğu qeyd edilib. Sazişə əsasən, “ACWA Power” şirkətinin “Aşağıkarbonlu / Yaşıl Gübrə” layihəsinin bərpa olunan enerji və yaşılhidrogenin istehsalına aid olan hissələrində aparıcı rol oynayacağıvurğulanıb.

Məqalədə:
Seçilən
33
8
Mənbələr
Şərh ()
Bağla