AZ

Azərbaycana bunun üçün 38 milyon dollar vəsait ayırdıq - ABŞ səfiri

Azərbaycana bunun üçün 38 milyon dollar vəsait ayırdıq - ABŞ səfiriABŞ Azərbaycan ərazilərinin tamamilə minalardan təmizlənəcəyi günü səbirsizliklə gözləyir.Adalet.az xəbər verir ki, bunu ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi Ağdamda istehkamçılara sertifikatların təqdim edilməsi mərasimində deyib.Onun sözlərinə görə, ABŞ ərazilərin minalardan tamamilə təmizlənməsi məqsədinə çatmaqda Azərbaycanın yanındadır:“Hər kəsə aydındır ki, burada minalarla çirklənmə insan həyatı və rifah üçün təhlükədir. ABŞ bütün dünyada bu təhlükələri azaltmağa sadiqdir. 1993-cü ildən bəri ABŞ 100-dən çox ölkəyə bu məqsədlə 4,7 milyard ABŞ dolları vəsait ayırıb. Bu səylər çərçivəsində ABŞ minalardan təmizləmə əməliyyatları üçün Azərbaycana 38 milyon dollara yaxın vəsait ayırıb”.Səfir təlimlərini başa vuran və tezliklə minatəmizləmə işlərinə başlayacaq azərbaycanlı istehkamçılara hörmətini ifadə edib:“Yeni minatəmizləyicilər arasında qadınları görmək məni xüsusilə sevindirir. Qadınları gücləndirmək ölkənin bütün işçi qüvvəsini işə cəlb etmək deməkdir və onların istedadlarından istifadə etmək istənilən problemin öhdəsindən gəlməyin ən yaxşı yoludur. Sizin işiniz məcburi köçkünlərin öz evlərinə daha tez və təhlükəsiz qayıtmasına kömək edəcək”.M.Libbi Azərbaycanda mina partlayışı nəticəsində ölənlərin yaxınlarına başsağlığı verib.Diplomatın sözlərinə görə, ABŞ minatəmizləmə təşkilatlarının texniki potensialının artırılmasına və ölümcül minaların və partlamamış hərbi sursatların təmizlənməsinə yönəlmiş humanitar mina fəaliyyətini dəstəkləməyə sadiqdir.

Seçilən
32
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Bakıda hoteldə yanğın başlayıb
1513
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
1084
Bu yol qovşağında təmir işləri aparılacaq
718
Sabah 5 kəndin qazı kəsiləcək
525
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
443
Bakıda 9 otaqlı evdə yanğın baş verib
429
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
415
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
379
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
358
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
338
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
326
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi – FOTO
314
Çingiz Mustafayevin toyudur - FOTOLAR
274
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
248
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
210
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
203
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
202
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
160
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
115
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
111