AZ

“Qərbin Qarabağa BMT missiyası adı ilə girmə şansı yoxdur”-Arzu Nağıyevdən ilginc açıqlama

“Keçən ilin 4 oktyabrında Rusiya XİN rəsmisi Mariya Zaxarova bildirmişdi ki, Rusiya sülhməramlılarının Qarabağda qalma müddəti Azərbaycanla birgə razılaşdırılaraq müəyyən ediləcək. Həmin müddətdən az vaxt keçməsinə baxmayaraq, regionda və Qarabağda əməliyyat şəraiti tam şəkildə dəyişib. Artıq  Azərbaycan DİN -in və digər qurumların  yerli nümayəndələri  qarşıya qoyulan vəzifələri yüksək səviyyədə yerinə yetirir”.

Bu fikirləri deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev Musavat.com-a Rusiya sülhməramlılarının Azərbaycanı tərk etməsi ilə bağlı açıqlamasında bildirdi.

Millət vəkili qeyd etdi ki, Qarabağda, yəni Xankəndi və ətraf rayonlarda lokal antiterror əməliyyatları bitdikdən sonra sülh bərqərar oldu və  sülhməramlıların da funksiyası dəyişdi: “Rusiya tərəfi də başa düşür ki, mandatın 2025-ci ilə qədər olmasına baxmayaraq, həm Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi imzalandıqdan, eyni zamanda Qarabağ ərazisində sülh bərqərar olduqdan sonra kontingentin orada qalmasına heç ehtiyac da yoxdur…Məlumdur ki, Ermənistanın İran və Türkiyə  sərhədini Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti mühafizə edir. Zəngəzur dəhlizi məsələsi də gündəmdədir. Paşinyan belə bir bəyanat verdi ki, yolu Ermənistana məxsus qurum mühafizə edəcək və belə bir qurum da artıq yaranıb.

Deməli, bu gün sülhməramlıların Qarabağda qalmasına lüzum yoxdur. Bununla yanaşı, sülhməramlıların Qarabağı tərk etməsi bir daha sübut edir ki, birincisi, indi Qarabağ məsələsi tamamilə qapanıb, ikincisi, Rusiya sülhməramlıları ilk dəfə postsovet dövlətinin ərazisini könüllü olaraq tərk edirlər”.

A.Nağıyev ardınca bunları bildirdi: “Təbii ki, bir sıra suallar yarana bilər ki, hərbçilərin hamısı gedəcəkmi və ya bəziləri qalacaq, məsələn, minalardan təmizləmə məsələlərində Azərbaycan tərəfi ilə qarşılıqlı əlaqədə olmaq…Artıq Ağdamda fəaliyyət göstərən Rusiya-Türkiyə birgə monitorinq mərkəzi də  fəaliyyətini dayandırır və bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat katibi Zeki Aktürk məlumat verib. Yəni suveren Azərbaycan ərazisində nəyisə monitorinq etmək artıq heç bir məntiqə sığmaz. Monitorinq Mərkəzi 2021-ci il yanvarın 30-da Türkiyə ilə Rusiya arasında imzalanmış memorandum çərçivəsində açılıb  və hazırda onun fəaliyyətinə heç bir ehtiyac qalmayıb”.

Deputat qeyd etdi ki, Azərbaycan tərəfi heç vaxt “Rusiya təcili regionu tərk etməlidir”, kimi bəyanatlar vermədi: “Sadəcə vurğulanırdı ki, sülhməramlılar 2025-ci ilin noyabrına qədər Azərbaycan ərazisində qala bilərlər. Rusiya hərbçilərinin vaxtından əvvəl getməsi onu deməyə əsas verir ki, Moskva və Bakı ən yüksək səviyyədə siyasi razılığa gəliblər və bu, artıq təsdiqini də tapdı.

Bir məsələni də qeyd etmək yerinə düşərdi, Rusiya sülhməramlı kontingentinə  kiçik və iriçaplı atıcı silahlarla 1960 hərbi qulluqçu, 90 zirehli transportyor və 380 ədəd avtomobil və xüsusi texnika daxildir və bunların hamısı çıxarılır. Ən mühüm məsələ də ondan ibarətdir ki, indi Azərbaycan da xarici hərbi kontingentin öz ərazisində  mövcudluğundan tam  azad olur”.

A.Nağıyev bildirdi ki, Qərbin Qarabağa BMT missiyası adı ilə girmə şansı da yoxdur: “Çünki sülhməramlıların əsas vəzifəsi  barışıq yaratmaq  və sülhü bərqərar etməkdir. Bu gün Qarabağ ərazisində konflikt yaradan tərəflər də yoxdur və buna görə də hər hansı sülh missiyasına da ehtiyac yoxdur. İkinci bir məsələ də budur ki, Rusiya Qarabağı tərk edibsə bu o demək deyil ki, Qərbin bura yerləşməsinə imkan veriləcək. Azərbaycanın müstəqil daxili və xarici siyasəti var və bunu dəyişmək də mümkün deyil...”

E.Paşasoy,
Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
279
8
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
24233
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13595
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
11619
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Helikopter qəzası ilə bağlı yeni xəbər
8017
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
5845
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5780
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5590
Rəisi öldü, Pakistanda matəm elan edildi
5482
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
4006
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3817
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3718
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3563
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
3356
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3119
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2787
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2557