AZ

EIB Orta Dəhlizə dəstək çərçivəsində bu il Qazaxıstanla sazişlər imzalayacaq

Avropa İnvestisiya Bankı (EIB) nəqliyyat sektorunun inkişafı üçün 2024-cü ilin sonuna qədər Qazaxıstanın Nəqliyyat Nazirliyi və İnkişaf Bankı ilə maliyyə sazişləri imzalamağı planlaşdırır.

"Report" xəbər verir ki, bunu "Daryo" nəşrinə müsahibəsində EIB-nin vitse-prezidenti Tereza Çervinska deyib.

O vurğulayıb ki, 2024-cü ilin yanvar ayının sonunda Avropa İttifaqı-Mərkəzi Asiya İnvestor Forumunda “EIB Global” Qazaxıstan və Qazaxıstan İnkişaf Bankı, eləcə də Qırğızıstan və Özbəkistanla Mərkəzi Asiyada dayanıqlı nəqliyyatın inkişafı üçün 1,47 milyard avro dəyərində layihələrin birgə maliyyələşdirilməsi üzrə anlaşma memorandumları imzalayıb.

“EIB diqqətini Orta Dəhlizlə (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) bağlı əməliyyatlara yönəldir. Anlaşma memorandumları EIB-in Avropa İttifaqı-Mərkəzi Asiya nəqliyyat dəhlizinə 1,5 milyard avroluq öhdəliyini əhatə edən gələcək əməkdaşlığımızın yaxşı nümunələridir. Ümid edirik ki, Qazaxıstanın Nəqliyyat Nazirliyi və İnkişaf Bankı ilə müvafiq maliyyələşdirmə sazişləri bu ilin sonuna qədər imzalanacaq”, - T.Çervinska bildirib.

Onun sözlərinə görə, üç ölkə ilə imzalanmış memorandumlar dayanıqlı nəqliyyat layihələrinə 3 milyard avro məbləğində ümumi dəstək verməklə əlavə vəsaiti səfərbər etməyə imkan verəcək: “EIB Beynəlxalq Transxəzər Nəqliyyat Dəhlizini Avropa və Mərkəzi Asiyanı birləşdirən ağıllı, sürətli və müasir multimodal marşruta çevirmək üçün uzunmüddətli məqsədə doğru çalışır ki, bu da rəqabətqabiliyyətli, davamlı və etibarlı olacaqdır. Bu investisiyalar ticarəti və rəqabəti gücləndirmək, həmçinin Avropa və Mərkəzi Asiya arasında nəqliyyat marşrutlarını şaxələndirmək üçün lazımdır. Artan iqtisadi qarşılıqlı asılılıq Qazaxıstanda və bütövlükdə Mərkəzi Asiya regionunda sülh və firavanlığa töhfə verəcək”.

T.Çervinska qeyd edib ki, son 10 il ərzində EIB-in nəqliyyat kreditləri qlobal miqyasda orta hesabla ildə 11 milyard avro təşkil edib ki, bu da bankın ümumi kreditləşdirməsinin təxminən 18 %-ni təşkil edir: “Avropa İttifaqı ilə Qazaxıstan arasında nəqliyyat əlaqələrinin yaxşılaşdırılması böyük potensiala malikdir, çünki bu, ticarət-iqtisadi əməkdaşlığa və sabitliyə töhfə verəcək”.

Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə qədər uzanan beynəlxalq nəqliyyat dəhlizidir.

Seçilən
63
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
20394
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19201
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18179
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17570
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16426
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16230
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16034
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15325
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11831
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11237
"Zaur, yenə çaşdın..." - VİDEO
8819
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
8336
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7947
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7833
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7399
Minimum əmək haqqı nə qədər arta bilər?
7039
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6967
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6201
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5727