AZ

Ərli qadınlar niyə xəyanət edir? - Ağlasığmaz səbəbləri şoka salacaq

Son vaxtlar ailədaxili münaqişə nəticəsində öldürülən qadınların sayı xeyli artıb. Bir çox hallarda qətl hadisəsinə səbəb zərif cins nümayəndələrinin xəyanəti göstərilir. Təəssüf ki, məhkəmə araşdırmalarında bunu sübut edən kifayət qədər dəlil ortaya qoyulur. 

Ərli qadınların xəyanətə meyl etməsinə dəbəb nədir? 

Psixoloq Vüsalə Rüstəm Yenisabah.az-a açıqlamasında deyib ki, xəyanətin cinsi olmur. Onun sözlərinə görə, xəyanət edən adamları kişi və qadına, evli və subaya,ərli və ərsizə bölmək doğru yanaşma deyil: "Xəyanət şəxsin psixo -emosianal vəziyyətində sönüklük və bədbinlik yarandıqda atdığı düşünülmüş addımdır. Kim desə ki, qəfil oldu, bilmədən səhv etdim, buna inanmayın, yalandır. Şəxsin həyatında rəngsizlik, boşluq və sönük bir dönəm olur. Qarşı tərəfdən qayğı və və sevgi ala bilmir, ya da zaman keçdikcə aldığı sevgi və qayğı onun üçün yetərli olmur. O zaman həmin çatışmamazlığı kənarda axtarmağa başlayır. Kimdənsə bir az xoş münasibət, ünsiyyət gördükdə həmin tərəfə meyllənir. Belə hal doğrudurmu? Xeyr! Xəyanət bitmiş evliliklərin süni tənəffüs aparatına qoşulmasına bənzəyir. Öz aləmində bununla öz evliliyini qoruyur, həyatına rəng qatır və s.".

Vüsalə Rüstəm bildirib ki, normal sivilizasiyalarda bitmiş evliliyi xəyanətlə uzatmaq və davam etdirmək heç kimin ağlına gəlmir: "Bunun sivil yolu var, bitirsə getməlisən! Şərqdə qadınlar getmək məsələsini ərinə izah edə bilmirlər və bu çox vaxt ölümlə nəticələnir. Ona görə də belə şeylərdən qorxan, daha doğrusu, tənələrdən qorxan insanlar ən pis və təhlükəli yolu - xəyanəti seçir. Sonda yenə də ər xəbər tutub öldürür". 

Psixoloq qeyd edib ki, Şərqdə qadının hissləri çox da önəm daşımır: "Bizim coğrafiyada qadının bütün hissləri qapalıdır. Hətta ən pis adamla evli olsa da, susub durmalıdır. Bəziləri isə susmur, nəticə də göz qabağındadır. Ölüm,fiziki zorakılıq və s. Təəssüf ki, Şərq qadını hələ uzun müddət bu taleyi yaşamalı olacaq". 

Seçilən
179
10
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
17593
Azərbaycanda 22 yaşlı tələbəni öldürməkdə şübhəli bilinən şəxsin görüntüləri yayıldı
14697
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
12592
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
7747
May ayında Azərbaycana qar yağdı - VİDEO
7536
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
6887
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6826
Sabah 20 dərəcə isti olacaq
5997
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
5669
Zaur Baxşəliyevin ailəsində xoş gün!
5645
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
5497
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
5476
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
5391
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
5163
Bu yol qovşağında təmir işləri aparılacaq
5155
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
4653
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
4537
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
4497
Azərbaycan nefti ucuzlaşıb
4330
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
4250