AZ

Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Memorandum imzalanıb - FOTOLAR

Azərbaycanın Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb. SİA-nın məlumatına görə, imzalanma mərasimində spiker Sahibə Qafarova deyib ki, bu sənəd parlamentlər arasında əlaqələrin inkişaf etdirilməsi üçün hüquqi bazanın formalaşdırılması baxımından vacib əhəmiyyətə malikdir və əməkdaşlığın çərçivəsini müəyyən edəcək.

Qeyd edək ki, Memorandumda bir sıra vacib məqamlar əks olunub. Sənəddə Azərbaycan və Yeni Kaledoniya xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi naminə parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi niyyəti ifadə olunub. Bu məqsədlə qanunvericilik orqanlarımızın komissiyaları, komitələri və orqanları arasında daimi əlaqələrin yaradılmasına köməklik göstərilməsi, həmçinin parlament və beynəlxalq fəaliyyət təcrübələrinin öyrənilməsi və bölüşülməsi məqsədilə parlament üzvlərindən ibarət nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkili nəzərdə tutulub.

Sənəddə tərəflər arasında əməkdaşlığı inkişaf etdirmək üçün deputatlardan ibarət müvafiq qrupun yaradılması və bu qrupun fəaliyyətinin hər vasitə ilə təşviq edilməsi Memorandumda əksini tapıb. Bunlarla yanaşı, Azərbaycan Respublikası ilə Yeni Kaledoniya arasında beynəlxalq parlament arenasında əməkdaşlığın müxtəlif istiqamətlərinin araşdırılması, nəzərdən keçirilməsi, inkişaf etdirilməsi və həyata keçirilməsi üçün fəal səylərin göstərilməsi nəzərdə tutulur. Tərəflər qanunvericilik orqanlarının səmərəli fəaliyyətinə müsbət töhfə verə biləcək təcrübə mübadiləsinin aparılması məqsədilə Azərbaycan Respublikası Milli Məclisinin Aparatı ilə Yeni Kaledoniya Konqresinin Bürosu arasında daimi əlaqələrin yaradılmasına da razılıq veriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
14
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
24208
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13576
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
11570
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Helikopter qəzası ilə bağlı yeni xəbər
7945
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
5784
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5774
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5590
Rəisi öldü, Pakistanda matəm elan edildi
5408
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
4004
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3807
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3710
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3553
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
3346
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3119
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2787
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2556