AZ

Birinci Liqa: “Qaradağ Lökbatan”a Yevlaxda bir qol bəs etdi

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2023/2024 mövsümünün 22-ci turununun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

“Zaqatala” doğma meydanda “Araz Saatlı” üzərində inamlı qələbəyə sevinib.

Dörd qolun qeydə alındığı “Difai Ağsu” – “İmişli” oyununda qalib müəyyənləşməyib.

Səfərdə “Karvan”la qarşılaşan lider “Qaradağ Lökbatan” isə turu inamlı qələbə ilə başa vurub.

Birinci Liqa
22-ci tur
17 aprel

“İrəvan” – “Şamaxı” 2:6
Qollar: Samir Qurbanov, 4. Bayram Əliyev, 85 – Bəhruz Teymurov, 31. Elşad Tağıyev, 33-pen; 58; 82-pen. Qurban Səfərov, 37. Səbayıl Bağırov, 66.
Hakimlər: Vüqar Həsənli, Elman Kərimov, Rəhman Aslanov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Bakı. “ASK Arena”, 15:00.

MOİK – “Mingəçevir” 3:1
Qollar: Sabir Allahquliyev, 73. Ramil Orucov, 88. Elşan Sabbaği, 90+4 – Aqil Nəsibov, 70.
Hakimlər: Elvin Bayramov, Sənan Atayev, Aydın Baxşıyev, İslam Məmmədov.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Binə qəsəbə stadionu, 15:30.

18 aprel

“Zaqatala” – “Araz Saatlı” 2:0
Qollar: Rəhman Şabanov, 25; 54-pen.
Hakimlər: Namiq Bəkirov, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Sərxan İsmayılov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elman Musayev.
Zaqatala OİK stadionu, 15:00.

“Difai Ağsu” – “İmişli” 2:2
Qollar: Bayraməli Qurbanov, 29. Ramin Süleymanov, 39 – Gülağa Əsədov, 47. Xəzər Mahmudov, 82.
Hakimlər: Tural Qurbanov, Asif Abdullayev, Kərim Zeynalov, Rövşən Rəcəbov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Şamaxı şəhər stadionu, 15:30.

“Karvan” – “Qaradağ Lökbatan” 0:1
Qol: Mehdi Tahirov, 51.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Əkbər Əhmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Yevlax şəhər stadionu, 16:00.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
1
Mənbələr
Şərh ()
Bağla