AZ

Qubad İbadoğlunun istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun cinayət işi üzrə ibtidai istintaq yekunlaşır.

Bu barədə “Report”a onun vəkili Bəhruz Bayramov bildirib.

Onun sözlərinə görə, Q.İbadoğluya Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə yekun ittiham elan edilib.
Məlumata əsasən, müdafiə tərəfi işlə tanış olub, vəsatətlərini verdikdən sonra toplanmış materiallar baxılması üçün məhkəməyə göndəriləcək.

Xatırladq ki, Q.İbadoğlunu ötən il iyulun 23-də həyat yoldaşı ilə birlikdə avtomobildə gedərkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxlayıb. Həmin gün axşam onun adına olan, lakin ofis kimi istifadə edilən mənzildə axtarış aparılıb və 20 min dollar pul tapıldığı bildirilib. Həmin pulların bir hissəsinin saxta olduğu iddia edilir. Bu əsasla da ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Q.İbadoğlu həmin pulların oraya öncədən yerləşdirildiyini və bu ittihamın əsassız olduğunu, siyasi sifarişlə həbs edildiyini söyləyib.

İstintaqın gedişində – avqustun 25-də ona CM-in 167-3.1 (dini ekstremist materialları hazırlama, saxlama, yayma) maddəsi ilə yeni ittiham verilib. İqtisadçı bu ittihamın da absurd olduğunu söyləyərək ifadə verməkdən imtina edib.
Ötən il, noyabrın 16-da və bu il fevralın 15-də məhkəmə Qubad İbadoğlunun həbsini daha üç ay uzadıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
188
6
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
24586
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13968
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
12566
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Helikopter qəzası ilə bağlı yeni xəbər
9685
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
6729
Rəisi öldü, Pakistanda matəm elan edildi
6361
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5870
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5649
Qəza Rəisi yox, bu şəxsə görə törədilib? - YENİ FAKT
5363
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
4131
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
4109
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3935
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3720
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
3582
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3220
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2852
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797