AZ

Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur - FOTOLAR

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibəti ilə ölkə ərazisində yerləşən 29 tarix və mədəniyyət abidəsinə ziyarət təşkil edilib. SİA xəbər verir ki, dünya əhəmiyyətli memarlıq abidəsi olan Ramana qəsrində keçirilən tədbirə Mədəniyyət Nazirliyinin rəsmiləri, mədəniyyət nazirinin müavini Səadət Yusifova, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva, ictimaiyyət nümayəndələri və orta məktəb şagirdləri qatılıb. Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki, ölkəmizdə də hər il bu tarixdə abidələrdə və tarixi məkanlarda mədəni irsin təbliği məqsədilə müxtəlif maarifləndirici aksiyalar keçirilir. Bu ilki tədbirlər BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunub. Qeyd edib ki, ictimaiyyətin diqqətini ətraf mühitin mühafizəsi, tarix və mədəniyyət abidələrinin qorunması, habelə təbliği işinə yönəltmək üçün ölkə ərazisində yerləşən 29 tarix və mədəniyyət abidəsində tədbirlər təşkil edilib. Tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə xalqımızın tarixinin öyrənilməsi, tarixi və mədəni irsinin qorunub saxlanılması sahəsində böyük işlər görüldüyü diqqətə çatdırılıb. Qeyd olunub ki, bu sahəyə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva da xüsusi diqqət göstərir. Ölkə başçısı tərəfindən mədəni irsimizin qorunması, bərpası-konservasiyası, eləcə də idarə olunmasında səmərəliliyin artırılması istiqamətində imzalanan fərman və sərəncamlar bunun bariz nümunəsidir. Tədbirdə şagirdlərin ifasında konsert proqramı təqdim olunub. Qeyd edək ki, 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.

Müəllif: Səbinə Hüseynli
Seçilən
95
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
20928
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19285
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18241
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17621
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16697
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16490
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16086
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15451
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11928
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11255
"Zaur, yenə çaşdın..." - VİDEO
8853
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
8821
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8133
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7988
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7470
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7135
Minimum əmək haqqı nə qədər arta bilər?
7067
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6304
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5731