AZ

FHN-in karate komandasının idmançıları dünya çempionatında uğur qazanıblar

Bolqarıstanın Albenia şəhərində Dünya Şotokan Karate Federasiyasının təşkilatçılığı ilə karate üzrə uşaq, yeniyetmə, gənc, böyük və veteranlar arasında 14-cü dünya çempionatı keçirilib.

FHN-dən APA-ya verilən xəbərə görə, turnirdə dünyanın 27 müxtəlif ölkəsindən 2200-ə yaxın idmançı əzmkar mübarizə apararaq öz qüvvələrini sınayıblar. Yarışda karate üzrə Azərbaycan yığma komandasının və FHN-in karate komandasının 9 nəfərdən ibarət üzvü iştirak edərək yüksək nailiyyətlər əldə etməyi bacarıb. Belə ki, yeniyetmələr arasında kumite yarışlarında -52 kq çəki dərəcəsində Həsən Osmanov yarışın bürünc, qızlar arasında isə +53 kq çəki dərəcəsində Azəri Nəcəfova bütün rəqiblərinə qalib gələrək qızıl medalın sahibi olublar. Gənc karateçilər arasında kata üzrə yarışlarda Nihad Məmmədzadə, kumite yarışında isə -75 kq çəki dərəcəsində Nicat Kərimli fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı bacarıblar. Bundan əlavə, böyüklər arasında şəxsi kata üzrə yarışlarda Nihad Məmmədzadə və Xəyal Məmmədov qızıl, kumite üzrə yarışlarda -84 kq çəki dərəcəsində Tural Ələkbərli, -75 kq çəki dərəcəsində Nicat Kərimli yarışın qızıl, -67 kq çəki dərəcəsində İlyas Nağıyev isə yarışın gümüş medalına yiyələniblər. +75 kq çəki dərəcəsində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı, daxili xidmət mayoru İlqar Ələkbərov yarışda 3-cü yerə layiq görülüb. Veteranlar arasında isə kumite yarışlarında +84 kq çəki dərəcəsində Bəxtiyar Məmmədov bürünc medal qazanmaqla kifayətlənib.

Qaliblərə Dünya Şotokan Federasiyasının diplom və medalları təqdim olunub.

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev turnirdə uğur qazanmış idmançılar və məşqçi-müəllimlərlə görüşərək onları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.

Qeyd edək ki, FHN-in karate komandasının əsas məşqçisi ikiqat dünya çempionu, 8-ci dan qara kəmər sahibi, Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayevdir.

FHN-in FHN-in FHN-in FHN-in FHN-in FHN-in
Seçilən
111
23
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21906
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19465
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18341
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17809
Çingiz Mustafayevin toyudur - FOTOLAR
17337
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
17178
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16265
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15658
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12179
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11320
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9866
"Zaur, yenə çaşdın..." - VİDEO
8906
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8747
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8092
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7670
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7307
Minimum əmək haqqı nə qədər arta bilər?
7125
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6492
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5830