AZ

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət MƏHKƏMƏ QARŞISINDA

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib.

KONKRET.az xəbər verir ki, Azərbaycanın 15 rayonunda pambığın yetişdirilməsi, tədarükü və emalı ilə məşğul olan “MKT İstehsalat Kommersiya” MMC-nin keçmiş işçisi Şamo Ağayev şirkət barəsində iddia qaldırıb. Onun iddiasına Nərimanov Rayon Məhkəməsində baxılacaq. Səbinə Nuriyeva iş üzrə hakim təyin edilib.

Şamo Ağayevin iddia tələbi işə bərpa və əmək haqqının ödənilməsi ilə bağlıdır.

Əldə etdiyimiz məlumatlarda iddia edilir ki, Şamo Ağayev bir müddət əvvəl işdən çıxarılıb. O, hesab edir ki, rəhbərliyin qərarı qanunsuzdur. Bu baxımdan, məsələni məhkəmədə mübahisələndirmək qərarına gəlib.

“MKT İstehsalat Kommersiya” MMC 23 aprel 2002-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 357 263 923,51 manatdır. Şirkətin qanuni təmsilçisi Həsənov Rövşən Həsəın oğludur.

Uzun illərdir ki, şirkətin Kəmaləddin Heydərova məxsus olduğu haqqında mediada yazılır. Həmçinin iddia edilir ki, nazirin bu şirkətdə ortaqları da var. Yəni, “MKT İstehsalat Kommersiya” MMC tam olaraq Kəmaləddin Heydərova məxsus deyil.

Bir neçə gün əvvəl nazirin başqa bir şirkəti – “Baku İnternational Tabacco”nun barəsində inzibati iş başlanıb. Şirkətə qarşı İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə ittiham irəli sürülüb. İş baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib. (Qaynarinfo)

Seçilən
79
6
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Bakıda hoteldə yanğın başlayıb
1356
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
942
Bu yol qovşağında təmir işləri aparılacaq
608
Sabah 5 kəndin qazı kəsiləcək
524
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
441
Bakıda 9 otaqlı evdə yanğın baş verib
427
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
377
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
332
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
311
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
307
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
250
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
223
Çingiz Mustafayevin toyudur - FOTOLAR
216
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
210
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
190
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
170
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
129
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
96
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
90
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
83