AZ

Əli Kərimli üzr istəməli, Sevinc Osmanqızı “Bravo, Müzəffər” deməli, Qabil də qulağını kəsməlidir…

2020-ci ilin 10 noyabr razılaşmasına əsasən, Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları vaxtından əvvəl bölgəni tərk edir. Razılaşmaya görə, sülhməramlı kontingent 2025-ci ilə qədər bölgədə qalmalı idi. Bu müddətin başa çatmasına bir il qalmış artıq onlar gedirlər. Bu, Qarabağda suverenliyimizin bərpa edilməsi prosesində son mərhələdir. Artıq öz ərazilərimizə tamamilə özümüz nəzarət edirik.

Sülhməramlıların vaxtından əvvəl çıxması, ümumiyyətlə, çıxması Azərbaycan xalqını sevindirsə də ölkədə bundan kədərlənənlər də var. Radikal müxalifət və onların çevrəsindən ibarət olan bu qrup 10 noyabr razılaşmasından etibarən 44 günük müharibədə qazandığımız zəfəri kölgələmək üçün “rus ordusu Azərbaycana yerləşdirildi”, “rus ordusu Qarabağdan çıxmayacaq”, hətta “Qarabağ ruslara satıldı” kimi absurd iddialar irəli sürürdü.

Radikal müxalifətin başçısı kimi çıxış edən Əli Kərimli Azərbaycan hakimiyyətini “Rusiya ordusunu ölkəyə gətirməkdə” ittiham edir, onların heç vaxt getməyəcəyini bildirirdi.

Əli Kərimli iddia edirdi ki, “Azərbaycan hakimiyyəti Rusiya sülhməramlılarına status verməyə hazırlaşır”. Daha sonra “Rusiyaya hərbi baza veriləcəyi” kimi iddialar da tirajladı. Əli Kərimlinin bütün iddiaları və “proqnozları” alt-üst oldu. Rusiya sülhməramlılarına status verilmədi, sülhməramlı kontingent Qarabağı tərk etdi. 

İndi Əli Kərimli bütün bu iddialarına görə üzr istəməlidir!

Sevinc Osmanqızı isə bir qədər də irəli gedərək, “Rusiya qoşunları girdikləri yerdən çıxmır” kimi arrumentlərə söykənərək, Qarabağdan da çıxmayacaqlarını bildirirdi. Onun ifşa olunduğu məşhur videosu var. Osmanqızı deyir: “Rusiya heç vaxt ölkəmizdən çıxamayacaq. Bunu demək yalandır. Yaşayarıq görərik, 2025-ci ilə az qalıb. 2025-ci ildə İlham Əliyev rus qoşunlarını ölkəmizdən çıxaracaqsa, mən ona “Bravo”, “Müzəffər” deyəcəm. Amma bu olmayacaq. Rusiyanı Moldovadan, Gürcüstandan, hətta Ermənistandan çıxaracaqlar. Amma Azərbaycandan çıxarmayacaqalar”.

Amma cənab İlham Əliyev Rusiya sülhməramlılarını vaxtından əvvəl Azərbaycandan çıxardı, heç 2025-ci ili gözləmədi. İndi Sevinc Osmanqızı bütün iddialarına və ittihamlarına görə üzr istəməli, Prezident İlham Əliyevə “Bravo, “Müzəffər” deməlidir.

Əli Kərimli və Sevinc Osmanqızından sonra onların tayı olan Qabil Məmmədov da hər iki qulağını kəsməlidir. 

Xeyr, bunu biz demirik, özü deyir. 44 günlük müharibə getdiyi vaxt Qabil Məmmədov canlı yayıma çıxaraq bəyan etdi ki, “İlham Əliyev bir rayonu alarsa, qulağımızın birini kəsməsəm, tay qulaq gəzməsəm, kişi deyiləm”. 

Azərbaycan dövləti bir rayonu yox, bütün torpaqlarını aldı, Qabil Məmmədovun qulağı hələ də yerindədir. Daha sonra o, sülhməramlıların Qarabağdan çıxarılmayacağını, həmişəlik qalacağı deməyə başladı. Bu “proqnozu” da tutmadı. İndi Qabil Məmmədov qulağının hər ikisini kəsməlidir.

Azərbaycanın zəfərini kölgələmək üçün hər şeyə əl atan, hətta özlərini belə “mərcə” qoyan “söyüş müxalifəti” və radikallar ümumiyyətlə, səslərini kəsməli, susmalıdır!

Vasif Həsənli
Demokrat.az xəbər portalının rəhbəri

Seçilən
76
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Bakıda hoteldə yanğın başlayıb
1449
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
1025
Bu yol qovşağında təmir işləri aparılacaq
647
Sabah 5 kəndin qazı kəsiləcək
524
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
442
Bakıda 9 otaqlı evdə yanğın baş verib
429
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
389
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
378
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
335
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
320
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
294
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi – FOTO
257
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
240
Çingiz Mustafayevin toyudur - FOTOLAR
240
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
210
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
198
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
186
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
158
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
101
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
99