AZ

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

Azərbaycan

Bakı, 18 aprel, AZƏRTAC

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 57-ci iclasında iştirak etmək üçün Çin Xalq Respublikasının Makau Xüsusi İnzibati Bölgəsinə işgüzar səfərə gedib.

Baş Prokurorluqdan AZƏRTAC-a verilən məlumata görə, aprelin 18-də Kamran Əliyev Çinin Ali Xalq Prokurorluğunun Baş prokurorunun birinci müavini Tonq Cianminq və Makaunun Baş prokuroru İp Son Sanq ilə ikitərəfli görüş keçirib.

Baş prokurorun birinci müavini və Makaunun Baş prokuroru Azərbaycan və Çinin dost dövlətlər olduğunu bildirərək, bir çox sahəni əhatə edən uğurlu əməkdaşlığın davam etdirildiyini vurğulayıblar.

Baş prokuror Kamran Əliyev qonaqpərvərliyə görə minnətdarlığını bildirərək ölkələrimiz arasında əsrlər boyu mövcud olan ikitərəfli əlaqələrin tarixindən danışıb. Müstəqilliyin ilk illərində Ulu Öndər Heydər Əliyevin, hazırda isə Prezident İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin uzaqgörən siyasətləri nəticəsində iki ölkə arasında olan münasibətlərin yüksələn xətlə və uğurla inkişaf etdiyini vurğulayaraq, Azərbaycanın vahid Çin siyasətini, Çinin ərazi bütövlüyünü daim dəstəklədiyini vurğulayıb.

Baş prokuror bu il sentyabrın 29-dan oktyabrın 2-dək Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı və Ümumi Yığıncağının ölkəmizdə keçirələciyini və bununla bağlı həmkarına dəvət məktubu ünvanladığını bildirib.

Daha sonra tərəflər prokurorluqlarımız arasında hüquqi və institusional əməkdaşlığın ikitərəfli və beynəlxalq platformalar çərçivəsində genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Elə həmin gün ölkəmizin Baş prokuroru Kamran Əliyev Çinin Makau Xüsusi İnzibati Bölgəsinin İcra Hakimiyyətinin başçısı Ho İat Senqlə görüşüb.

Baş prokuror keçirdiyi görüşlərdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə bərpa olunduğunu, dövlət başçısının və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə Qarabağda sürətli bərpa və quruculuq işlərinin aparıldığını bildirilərək, bu proseslərdə Çin şirkətlərinin də yer aldığını qeyd edib.

Kamran Əliyev, həmçinin dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un ölkəmizdə keçiriləcəyi barədə həmkarlarına məlumat verib.

Nümayəndə heyətinin Çin Xalq Respublikasına işgüzar səfəri davam edir.

 

Seçilən
30
8
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Bakıda hoteldə yanğın başlayıb
1513
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
1084
Bu yol qovşağında təmir işləri aparılacaq
718
Sabah 5 kəndin qazı kəsiləcək
525
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
443
Bakıda 9 otaqlı evdə yanğın baş verib
429
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
415
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
379
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
358
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
338
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
326
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi – FOTO
312
Çingiz Mustafayevin toyudur - FOTOLAR
274
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
248
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
210
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
202
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
202
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
160
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
115
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
111