AZ

Biz Azərbaycanın minalardan təmizlənəcəyi günü səbirsizliklə gözləyirik-ABŞ səfiri

ABŞ minalardan təmizləmə əməliyyatları üçün Azərbaycana 38 milyon dollara yaxın vəsait ayırıb.

“İki sahil” səfirliyə istinadən xəbər verir ki, bu barədə ABŞ səfiri Mark Libby Ağdamda minatəmizləyənlərin fəaliyyətə başlamalarına həsr olunan mərasimdə çıxışı zamanı bildirib.

“Bu gün mən təlimlərini başa vuraraq peşəkar minatəmizləyən kimi fəaliyyətə başlayacaq bu cəsur azərbaycanlı mütəxəssislərə heyranlığımı və hörmətimi bildirirəm.

Yeni minatəmizləyənlər arasında qadınları görmək məni xüsusilə sevindirir.

Qadınları gücləndirmək ölkənin bütün işçi qüvvəsini işə cəlb etmək deməkdir və onların istedadlarından istifadə etmək istənilən problemin öhdəsindən gəlməyin ən yaxşı yoludur.

Sizin işiniz məcburi köçkünlərin öz evlərinə daha tez və təhlükəsiz qayıtmasına kömək edəcək.

Nəhayət və ən əsası, sizin işiniz xəsarətlərin qarşısını alacaq və həyatları xilas edəcək”, - diplomat qeyd edib.

Səfir vurğulayıb ki, Birləşmiş Ştatlar minatəmizləmə təşkilatlarının texniki potensialının artırılmasına və ölümcül minaların və partlamamış hərbi sursatların təmizlənməsinə yönəlmiş humanitar mina fəaliyyətini dəstəkləməyə sadiqdir: “Biz Azərbaycanın minalardan təmizlənəcəyi günü səbirsizliklə gözləyirik və bu məqsədə çatmaqda Azərbaycanın yanındayıq”.

Seçilən
25
6
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21974
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19467
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18355
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17831
Çingiz Mustafayevin toyudur - FOTOLAR
17386
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
17223
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16282
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15674
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12189
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11334
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9938
"Zaur, yenə çaşdın..." - VİDEO
8917
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8764
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8102
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7678
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7320
Minimum əmək haqqı nə qədər arta bilər?
7134
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6520
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5838