AZ

Dünyaca məhşur alim elektron resurslarını NDU-nun Elmi Kitabxanasına təqdim edibFOTO

Dünyaca məhşur alim Xəlil Kələntər elektron resurslarını Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasına təqdim edib.

“İki sahil” xəbər verir ki,  bu məqsədlə keçirilən tədbirdə universitetin rektoru Elbrus İsayev tədqiqat universitetinə çevrilmək istiqamətində geniş viziona malik olan Naxçıvan Dövlət Universitetində son illərdə mühüm elmi yeniliklər və elmi tədbirlərin silsilə xarakter aldığını qeyd edib. Rektor alim Xəlil Kələntərin 2023-cü ildən ali təhsil ocağında də dərslər tədris etməsini və universitet əməkdaşı kimi beynəlxalq elmi jurnallarda məqalələrlə çıxış etməsini təhsil müəssisəsinin inkişafına mühüm töhfə kimi dəyərləndirib.

Rektor bildirib ki, əvvəlki və yeni nəsil monitorların yaradılmasında əvəzsiz xidmətləri olan, elektronika sahəsinə aid onlarla kitabın, çoxsaylı elmi məqalələrin müəllifi olan Xəlil Kələntər həm də Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvüdür. Rektor nüfuzlu alimin 40 ilə yaxındır ki, Yaponiyada yaşamasına və fəaliyyət göstərməsinə baxmayaraq, öz vətəni Azərbaycanla çox sıx əlaqə saxladığını qeyd edib. Vurğulanıb ki, alimin elmi və praktik nailiyyətləri beynəlxalq elm aləmində də yüksək səviyyədə qiymətləndirilir. 

Rektor vurğulayıb ki, alimin təqdim etdiyi elektron resurslar NDU Elmi Kitabxanasının fondunu zənginləşdirir və tədqiqat, təhsil və informasiya mənbəyi kimi mühüm rol oynayır. Kitabxananın fondunun genişləndirilməsi, texnoloji təchizatının yaxşılaşdırılması və istifadəçi təcrübəsinin yaxşılaşdırılması gələcək inkişaf üçün vacibdir.

Rektor Xəlil Kələntərə təqdim etdiyi elekton resurslara görə universitet kollektivi adından minnətdarlığını bildirib.

Tədbirdə Fizika-riyaziyyat fakültəsinin dekanı, riyaziyyat üzrə fəlsəfə doktoru Məftun İsmayılov, Ümumi və nəzəri fizika kafedrasının müdiri, fizika üzrə fəlsəfə doktoru Billurə Hacıyeva, Monitorinq və qimətləndirmə bölməsinin müdiri, Ümumi və nəzəri fizika kafedrasının baş müəllimi Elgün Tağıyev çıxış ediblər.

         Çıxışlarda bildirilib ki, məhşur Alim Xəlil Kələntər tərəfindən kitabxanaya təqdim edilən elektron materiallar müxtəlif mövzularda dəyərli mənbələri əks etdirir və elmi araşdırmalar üçün əhəmiyyətli bir resurs təşkil edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
26
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
20816
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
12076
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
5947
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5403
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5352
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3823
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3402
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3264
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3100
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2850
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2809
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2677
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2389
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2300
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Hidayət Heydərov dünya çempionu oldu
2032
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1966