AZ

Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı son dəqiqə açıqlaması - Günahkardır? 

Məlum olduğu kimi, dünən səhər saatlarında Noyabr prospektində tanınmış aparıcı Aytən Səfərovanın idarə etdiyi “Hyundai” markalı avtomobillə digər minik avtomobili toqquşub. Nəticədə İ.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və dünyasını dəyişib. 

Bütün qəzalarda olduğu kimi, burada da hər kəsi maraqlandıran bir məqam var. O da kimin təqsirli olmasıdır. Hadisə ilə bağlı dünəndən etibarən görüntülər paylaşılmağa başlayıb. Sözügedən görüntülərlə bağlı bir sıra fikirlər irəli sürülüb. 

Qəza barədə “Yeni Sabah”a danışan nəqliyyat eksperti Elməddin Muradlı hadisəni belə şərh edib:

“Yəqin ki, görüntülər artıq istintaq orqanlarında da var. Baxış keçirilib, aidiyyatı üzrə araşdırılıb sonda qərar veriləcək. Orada hərəkətin təşkili ilə bağlı ola bilsin ki, xırda elementlər var. Amma Aytən Səfərova bu məsələdə günahkar deyil. Bu, mənim şəxsi fikrimdir. Görüntüləri izləyəndən sonra mən bu qərara gəlmişəm. Ola bilsin, orada başqa bir avtomobil var. O sürücü qarşı tərəfi çaşdırır və bilmədən yol ayrıcına daxil olur. Həmkarımız olduğuna görə demirəm Aytən xanım günahsızdır. Əgər onun xətalı olduğunu müşahidə etsəm, bunu qeyd edərdim. O, normal sürətlə yol ayrıcına daxil olur. Daha sonra qarşı tərəfin də yol ayrıcına daxil olması onların toqquşmasına səbəb olur. Məsələ bu qədər sadədir. Hər şey göz önündədir. Aidiyyatı qurumlar da bu məsələ ilə bağlı rəylərini ictimaiyyətə yaxın zamanda təqdim edəcəklər”. 

Ekspert bildirib ki, belə hadisələrdən insanlar nəticə çıxarmalıdır:

“Hadisə zamanı dünyasını dəyişən şəxs var. Gənc bir adam həyatını itirib. Ancaq görüntülərə baxanda belə başa düşürük ki, bu şəxs təhlükəsizlik kəmərini taxmadığına görə, qəzada həlak olub. Ona görə də hər bir sürücü və sərnişin sözügedən qaydalara əməl etməlidir. İstənilən halda, belə hadisələr hər kəsə dərs olmalıdır. İnsanlar bu qəzalardan nəticə çıxarmalıdır. Bəzi adamlar maşına oturur, nə özü kəmər taxır, nə də yanındakı şəxsin kəmər taxmasını təmin edir. Beləliklə, nəticə ağır fəsadlarla yekunlaşır. Hər bir halda, istintaqın gedişi zamanı bu detallar üzə çıxacaq. Hesab edirəm ki, istintaq orqanları da məsələyə düzgün və obyektiv olaraq yanaşıb qiymətləndirəcəklər”. 

Aytac Şahin 


Telegram kanalımız
Seçilən
80
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3009
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
2549
Bakıda hoteldə yanğın başlayıb
2094
Bu yol qovşağında təmir işləri aparılacaq
2068
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1152
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1106
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
926
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
884
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
853
Çingiz Mustafayevin toyudur - FOTOLAR
820
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
774
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
714
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
624
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
612
Sabah 5 kəndin qazı kəsiləcək
609
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
605
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
564
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
530
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi – FOTO
487
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
486