AZ

Azərbaycan Texniki Universitetinin məzunları harada işləyirlər? - ARAŞDIRMA

Qəbul imtahanları yaxınlaşdıqca abituriyenlər universitet seçimləri ilə bağlı araşdırmalar aparır, müxtəlif məsləhətlər alırlar. Universitet seçimi zamanı nəzərə alınmalı olan faktorlar arasında həmin ali təhsil ocağının məzunlarının əmək bazarındakı yeridir.

 

Dövlət Məşğulluq Agentliyi tərəfindən hazırlanan “Məzunların məşğulluq reytinqi” platformasında 2018-2021-ci illər arasında Azərbaycanda fəaliyyət göstərən 10-dan çox universitetin məzunlarının əmək bazarındakı yeri ilə bağlı məlumatlar dərc edilib.

 

Qeyd edək ki, platforma universitetlərin özləri tərəfindən təqdim edilən məlumatlar əsasında hazırlanıb. Hesablama şəxslərin məzun olduqdan sonra iki il ərzində ilk əmək müqaviləsi əsasında aparılıb.

 

Modern.az ayrı-ayrı universitetlər üzrə məzunların əmək bazarında yeri barədə araşdırma aparır. Bundan əvvəlki araşdırmalar Bakı Dövlət Universitetinin (BDU) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) məzunlarına həsr olunub.

 

Bu yazıda Azərbaycan Texniki Universitetinin məzunları araşdırılır.

 

Qeyd edək ki, Azərbaycan Texniki Universiteti (AzTU) 1950-ci ildə Bakı şəhərində tərkibində 7 fakültə olmaqla Azərbaycan Politexnik İnstitutu adı altında yaradılıb. Universitetdə texniki elmlərin müxtəlif istiqamətləri üzrə ixtisaslar tədris edilir.

 

“Məzunların məşğulluq reytinqi” platformasında qeyd olunur ki, 2018-2021-ci illərdə AzTU-dan 5700-ə yaxın tələbə məzun olub. Onların 63faizi işlə təmin olunub. Muzdla işləyən məzunların 80 faizə yaxını kişidir.

 

2018-2021-ci illərdə qeyd olunan universitetdən ən çox məzunu olan ixtisaslar aşağıdakılar olub:

 

Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi – 555 nəfər (onlardan 351 nəfəri iş tapıb)

Sənayenin təşkili və idarə olunması – 431 nəfər (onlardan 275 nəfəri iş tapıb)

Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi – 363 nəfər (onlardan 172 nəfəri iş tapıb)

Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi – 275 nəfər (onlardan 152 nəfəri iş tapıb)

Elektrik mühəndisliyi – 227 nəfər (onlardan 162 nəfəri iş tapıb)

Metallurgiya mühəndisliyi – 227 nəfər (onlardan 144 nəfəri iş tapıb)

Maşın mühəndisliyi – 216 nəfər (onlardan 143 nəfəri iş tapıb)

Enerji maşınqayırma mühəndisliyi – 214 nəfər (onlardan 129 nəfəri iş tapıb)

İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi – 210 nəfər (onlardan 128 nəfəri iş tapıb)

Kompüter mühəndisliyi – 210 nəfər (onlardan 121 nəfəri iş tapıb)

 

AzTU məzunlarına ən çox iş verən qurum və şirkətlər bir sıra marketlər şəbəkələri, “Azərişıq”, DOST iş mərkəzi, “İqlim” elmi-istehsalat mərkəzi, Azərbaycan Dəmir Yolları və Müdafiə Sənayesi Nazirliyinin müxtəlif müəssisələridir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
24487
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13869
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
12401
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Helikopter qəzası ilə bağlı yeni xəbər
9385
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
6592
Rəisi öldü, Pakistanda matəm elan edildi
6201
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5851
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5629
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Qəza Rəisi yox, bu şəxsə görə törədilib? - YENİ FAKT
4787
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
4097
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
4061
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3884
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3670
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
3546
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3204
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2834
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797