AZ

FHN-nin Şirvanda keçirdiyi təlimə 24 texnika və 160 nəfərlik heyət cəlb olunub

Şirvan,18 aprel, Aydın Yavərzadə, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin Baş Əməliyyat idarəsinin təşkilatçılığı, Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) və Muğan Regional Mərkəzinin qüvvələrinin iştirakı ilə Şirvan şəhərində yerləşən Sumqayıt Meliorasiya İdarəsinin Şirvan Mexaniki Təmir sahəsində yanğın-taktiki təlim keçirilib.

FHN-in baş yanğın təhlükəsizliyi eksperti, daxili xidmət general-mayoru Yusif Nəbiyev, DYMX-nin rəisi, daxili xidmət general-mayoru Asif Məmmədli, Muğan Regional Mərkəzinin rəisi, polkovnik Vüqar Ağayev, Baş Əməliyyat idarəsinin rəis müavini, polkovnik Ağali Hüseynov, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan Şəhər İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyasının nümayəndələri və müəssisənin rəhbər şəxsləri təlimi izləyiblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təlimin keçirilməsində əsas məqsəd Muğan Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyətinin yanğınların söndürülməsi, xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi üzrə praktiki vərdişlərinin daha da yaxşılaşdırılması, qüvvələrin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi olub.

Təlim zamanı Xəzər dənizində şərti olaraq baş vermiş zəlzələ nəticəsində müəssisə ərazisində texnoloji proseslərin pozulması səbəbindən “yaranmış” yanğın və qəzaların nəticələrinin aradan qaldırılması məqsədilə Dövlət Yanğından Mühafizə Xidmətinin hissə və bölmələri və Muğan Regional Mərkəzinin qüvvə və vasitələri “hadisə yerinə” cəlb olunub. Toplanmış kəşfiyyat məlumatlarının əsasında Əməliyyat qərargahının müvafiq tapşırığına uyğun olaraq, axtarış-xilasetmə əməliyyatlarına başlanılıb. Şərti yanğın yerinə operativ çatan FHN-in qüvvələri müəssisə işçilərinin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatlarını uğurla yerinə yetiriblər.

Təlimə, ümumilikdə, FHN-in 16 texnikası və 115 nəfərdən ibarət şəxsi heyəti, müəssisənin isə 8 texnikası və 45 əməkdaşı cəlb olunub. Təlimin yekununda əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
128
5
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
23267
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
12732
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
9079
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5570
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5454
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3988
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3620
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3544
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3347
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3223
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2979
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2704
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2565
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2479
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Hidayət Heydərov dünya çempionu oldu
2144