AZ

"Azərbaycan satıcısı hələ də əlini yuya bilmir" - AQTA SƏDRİ ZƏHƏRLƏNMƏLƏRDƏN DANIŞDI

Bizdə istehlakçıların ictimai nəzarəti aşağı səviyyədədir. Azərbaycanda 100 min nəfərə görə zəhərlənmə 4 hadisə, Avropa Birliyi ölkələrində isə 10 hadisədir. Azərbaycanda 2023-cü ildə baş verən 143 zəhərlənmənin 104-ü məişətdə baş verib. Bu ondan xəbər verir ki, bizim ilkin istehsal zamanı qablaşdırmadan, saxlanmadan, satışdan daha çox biz özümüz onu istehlak edərkən, ev şəraitində həmin qidanı təhlükəli edirik.

Yoxlama nəticəsində bakteriyalar aşkarlanan bu dönərxanalar da bağlandı – SİYAHI

FED.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda ictimai dinləmədə deyib.

O qeyd edib ki, qidanın təhlükəliliyi yalnız onun istehsalı, daşınması, qablaşdırılması prosedurunda deyil, eyni zamanda, onun istehlakı prosedurundadır.

“Azərbaycanda son zamanlar dönərxanalarda baş verən zəhərlənmələrlə əlaqədar mətbuatda da məlumat yayıldı. Qəribə də olsa, Azərbaycan satıcısı hələ də elementar gigiyenik qaydalara əməl edib əllərini lazımi şəkildə yuya bilmir. Məsələn, qəssab mətbəxdə iş görən zaman bıçaqla əlini zədələyir və orada irinli yara əmələ gəlir. Həmin irinli yaranı da asanlıqla dönərə və yaxud lüləyə keçirir.

Beləliklə, 30-40 adamda mədə-bağırsaq pozğunluqları ilə bağlı hal ortaya çıxır. İnsanlarda belə bir təəssürat yaranır ki, bu, həmin qidanın özündə baş verən pozuntu ilə bağlıdır. Əslində, qidanın özü ilə düzgün davranmaq qaydalarına riayət etməyi öyrənməliyik.

Bizdə nədənsə elə təəssürat yaranıb ki, digər ölkələrdə qida həddindən artıq sağlamdır, bizdə isə ona qarşı münasibət həddindən artıq kritikdir. Bu belə deyil. Tam məsuliyyətlə bildirmək istəyirəm ki, Azərbaycan dünyada qidası təhlükəsiz olan ən öndə gedən ölkələrdən biridir”, - deyə o əlavə edib. (Trend)

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
14
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
24044
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13428
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
11077
Helikopter qəzası ilə bağlı yeni xəbər
7046
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5736
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5554
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
5084
Rəisi öldü, Pakistanda matəm elan edildi
4954
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3927
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3750
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3642
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3513
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3082
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
3043
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2770
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2543