AZ

Səfiyarlının səhvi həm "Qəbələ"yə, həm də özünə baha başa gəldi

AFFA İntizam Komitəsi "Qəbələ"nin meneceri Səbuhi Səfiyarlını 3-ü şərti olmaqla 5 oyunluq cəzalandırıb.

"Football-plus.az" xəbər verir ki, buna bölgə təmsilçisi rəsmisinin "Turan Tovuz"a 1:2 hesabı ilə uduzduqları Misli premyer-liqasının 30-cu turunun matçında hakimləri təhqir etməsi səbəb olub.

"Qırmızı-qaralar" 4000 manat cərimələnib, Səfiyarlıya 3 ay sınaq müddəti təyin edilib.

Bundan əlavə, hər iki klub əlavə 700 manat ödəməli olacaq. "Qəbələ"nin 4, Tovuz klubunun 5 oyunçusu sözügedən qarşılaşmada sarı vərəqə ilə cəzalandırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
3
Mənbələr
Şərh ()
Bağla