AZ

Dalaşan futbolçulara cəza verildi

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

15 yaşadək futbolçular arasında Azərbaycan çempionatında xoşagəlməz hadisə baş verib.

Offsideplus.az xəbər verir ki, bu, AFFA U-15 Liqasının “Turan Tovuz” – “Neftçi” matçında yaşanıb.

Görüşün 53-cü dəqiqəsində meydan sahiblərinin futbolçusu Uğur Məmmədov və qonaqların oyunçusu Ramin Abıyev təcavüzkar davranışa (rəqibi əli ilə vurduğuna) görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıblar. AFFA-nın İntizam Komitəsi hər iki futbolçunu 4 oyunluq cəzalandırıb.

Qeyd edək ki, Tovuzdakı görüşdə qonaq komanda 5:1 hesabı ilə qalib gəlib.

Seçilən
138
2
Mənbələr
Şərh ()
Bağla