AZ

Kuklaçılar bayramı başlayır

Azərbaycan və Türkiyə kuklaçılarını bir araya gətirəcək növbəti sənət bayramı – III Beynəlxalq Hadi Poyrazoğlu Kukla və Qaragöz Festivalı öz işinə başlayır.

OLAY yazır ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, UNESCO-nun Türkiyə Milli Komissiyası və TİKA-nın dəstək verdiyi sənət festivalının təşkilində məqsəd kuklaçıları bir araya gətirməklə onların milli kukla teatrı və oyunları ənənələrini dünya miqyasında təbliğ etmək və yeni müştərək layihələrin reallaşmasına zəmin yaratmaqdır.

22 aprel – 2 may 2024-cü il tarixlərini əhatə edəcək ənənəvi beynəlxalq festivalın açılışı aprelin 22-də Türkiyənin paytaxtı  Ankara şəhərində olacaq.

Belə ki,  22-26 aprel tarixlərində Ankaranın müxtəlif teatr və sənət mərkəzlərində Azərbaycan da daxil olmaqla qonaq ölkələr kukla tamaşaları ilə çıxışlar edəcəklər.

Tədbirə Azərbaycanla yanaşı Almaniya və İtaliyadan kukla teatrları, eləcə də dünyanın müxtəlif ölkələrində kukla və uşaq teatrları sənətçiləri qatılacaqlar.

Festival marafonu 27-28  apreldə İstanbulda davam edəcək. Azərbaycan Dövlət Kukla Teatrı təmsilçiləri hər iki şəhərdə çıxışlar edəcəklər. Yaradıcı heyət qardaş ölkə tamaşaçıları qarşısında repertuardakı iki maraqlı nümunə - “Müsyö Jordan və Dərviş Məstəli şah” marionet (M. F. Axundzadə) və “Məlikməmməd” (Azərbayxan xalq nağılı) kukla tamaşaları ilə çıxış edəcəklər. 

Proqramın son dayanacağı isə Azərbaycan – Bakı şəhəri olacaq. Beləcə Türkiyə kuklaçıları Azərbaycan Dövlət Kukla Teatrı səhnəsində  çıxışlar edəcəklər.

29 aprel – 2 may günlərinə təsadüf edəcək səfər çərçivəsində festival proqramına daxil olan tamaşalar bakılı teatrsevərlərin ixtiyarına veriləcək.

Türkiyə teatr təmsilçiləri tamaşaçılar üçün maraqlı olacaq kukla teatr sərgisi və kuklaların hazırlanma prosesini ehtiva edən seminar-təqdimatları da nəzərdə tutublar.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
18455
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
11889
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5374
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5282
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
4334
Rəisi öldü, Pakistanda matəm elan edildi
3742
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3295
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3230
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3033
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2790
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2669
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2621
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2377
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2276
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Hidayət Heydərov dünya çempionu oldu
2026
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1926