AZ

Gürcüstan parlamentində təhlükəsizlik tədbirləri gücləndirilib

Bakı. Trend:

Gürcüstan parlamentində təhlükəsizlik tədbirlərigücləndirilib.

Trend xəbərverir ki, bu barədə Gürcüstan KİV məlumat yayıb.

Məlumata görə, aprelin 18-də Gürcüstan parlamentinə girişməhdudlaşdırılıb.

Qeyd olunub ki, sözügedən təhlükəsizlik tədbiri Gürcüstanparlamentində "Xarici təsirin şəffaflığı haqqında" qanunlayihəsinin nəzərdən keçirilməsi ilə bağlıdır.

Xatırladaq ki, aprelin 17-də Gürcüstan parlamenti "Xaricitəsirin şəffaflığı haqqında" qanun layihəsini ilk oxunuşda qəbuledib.

Məlumata görə, 83 deputat qanun layihəsinin lehinə səs verib,müxalifət fraksiyasından olan deputatlar iclas zalını tərkediblər.

Qanun xaricdən maliyyələşdirilən QHT və KİV-in xüsusi reyestrdəqeydiyyatdan keçməsini və hər il bəyannamə doldurmasını tələbedir.

Qeyd edək ki, "Xarici təsirin şəffaflığı haqqında" qanunlayihəsinin qüvvəyə minməsi üçün Gürcüstan parlamentinindeputatları onu hələ iki oxunuşda da qəbul etməlidir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
46
2
Mənbələr
Şərh ()
Bağla