AZ

Almaniyanın vitse-kansleri Ukraynada səfərdədir

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Almaniyanın vitse-kansleri və iqtisadiyyat naziri Robert Habek Ukraynada səfərdədir.Leqal.info RND-yə istinadən xəbər verir ki bu gün səhər saatlarında vitse-kansler qatarla Kiyevə gəlib."Ukraynalılar Putinin təcavüzünə qarşı öz müqəddəratını təyin etmək, eləcə də Avropanın dəyərləri uğrunda mübarizə aparırlar", - nazir vurğulayıb.O bildirib ki, Ukraynanın müdafiə mübarizəsində uğur qazanması Almaniyanın əsas maraqlarına uyğundur. Habek səfərinin Almaniyanın Ukraynaya davamlı dəstək verməli olduğuna işarə olduğunu bildirib.Almaniya vitse-kanslerinin səfər proqramına Ukrayna Prezidenti Vladimir Zelenski ilə yanaşı, Baş nazirin müavini, iqtisadiyyat naziri Yuliya Svırıdenko və energetika naziri Herman Haluşşenko ilə görüşlər daxildir. Danışıqlarda Rusiyanın son vaxtlar Ukraynanın enerji infrastrukturuna qarşı intensivləşmiş hücumları müzakirə olunacaq.Leyla KamilLeqal.info

Seçilən
65
1
Mənbələr
Şərh ()
Bağla