AZ

Cinsiyyət dəyişdirilmə yaşı 16 oldu

İsveç parlamenti insanların qanuni cinsiyyətini dəyişməsini icazə verilən yaş həddini 18-dən 16-ya endirəcək qanun qəbul edib. Hazırki uzun və çətin prosedur gələn ilin əvvəlində qüvvəyə minəcək yeni qanunla dəyişəcək.

News24.az xəbər verir ki, bu qanunla cinsiyyət dəyişikliyi üçün həkim və ya psixoloqla qısa görüş kifayət edəcək.

Yeni qanun həmçinin cinsiyyətin dəyişdirilməsi prosesini tibbi prosedurlardan ayıracaq.

Bu dəyişiklik İsveçi qonşu ölkələrə uyğunlaşdıracaq və Avropanın bir çox başqa ölkələrinə bənzər bir sistem təklif edəcək.

Günel Məlikzadə


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
Mənbələr
Şərh ()
Bağla