AZ

“705 abidədən hələlik yalnız 163-də tədqiqatlar aparıla bilməyib“ - SƏBİNƏ HACIYEVA

“Qarabağda 2020-ci ildən başlayaraq abidələrin bərpası ilə əlaqədar əməkdaşlarımız tərəfindən monitorinqlər aparılır”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva deyib.

O bildirib ki, siyahıda mövcud olan 705 abidədən hələlik yalnız 163-də tədqiqatlar aparıla bilməyib. Buna səbəb isə həmin abidələrin dağlıq, meşəlik ərazilərdə, yəni təhlükəsizlik baxımından çətin ərazidə yerləşməsi ilə bağlıdır. Qarabağ ərazisində mərhələli şəkildə mədəni irsin araşdırılması və bərpası işi aparılacaq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla