AZ

Türkiyədə terror təşkilatının məsul şəxslərindən biri saxlanılıb

Türkiyədə Milli Kəşfiyyat İdarəsi və polis idarəsi yeni antiterror əməliyyatı keçirib.“Report” “Star”a istinadən xəbər verir ki, əməliyyat nəticəsində terror təşkilatı “DNKP-C”-nin (Devrimci Halk Kurtuluş Partisi-Cephesi) məsul şəxslərindən biri olan Fehmi Oral Meşe saxlanılıb.Onun təşkilatın bir sıra silahlı aktlarında iştirak etdiyi bildirilir.Qeyd edək ki, F.O.Meşe uzun müddətdir axtarılırdı. Onun haqqında saxlanılma qərarı qəbul edilib.

Seçilən
66
7
Mənbələr
Şərh ()
Bağla