AZ

Ukraynanın Çerniqov şəhərində ölən və yaralananların sayı artıb

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Çerniqovda aprelin 18-i səhər saatlarına olan məlumata görə, dünənki raket hücumu nəticəsində 18 nəfər ölüb, 77 nəfər yaralanıb. Yaralılar arasında dörd uşaq da var. SİA xəbər verir ki, bu barədə Ukraynanın Daxili İşlər Nazirliyi və Fövqəladə Hallar Dövlət Xidməti məlumat yayıb.

Xilasedicilər dağıntılar altından üç nəfərin xilas edildiyini bildiriblər. 58 nəfərə psixoloji yardım göstərilib.

Xilasetmə işləri davam etdirilir.

Seçilən
50
2
Mənbələr
Şərh ()
Bağla