AZ

Binəqədi rayonunda yük maşını yolun kənarı ilə gedən qadını vurub

Binəqədi

Bakı, 18 aprel, AZƏRTAC

Aprelin 17-si saat 22 radələrində Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisində N.Dadaşov idarə etdiyi “Howo” markalı avtomobillə yolun kənarı ilə gedən 35-40 yaşlı qadını vurub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qəza nəticəsində qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə ilə əlaqədar DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
132
5
Mənbələr
Şərh ()
Bağla