AZ

Almaniya baş nazirinin müavini Robert Habek Kiyevə gəldi

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

“Almaniya baş nazirinin müavini Robert Habek Kiyevə işgüzar səfərə gəlib”.

KONKRET.az xəbər verir ki, baş nazirin müavini Kiyev vağzalında fotosunu da paylaşıb.

Habek Polşada işgüzar nümayəndə heyəti ilə görüşdən sonra səhər tezdən Ukraynaya gəlib. Onun Kiyevdə Ukraynanın təhlükəsizliyi və sabitliyinin təmin edilməsində alman şirkətlərinin iştirakını müzakirə edəcəyi gözlənilir.

Xatırladaq ki, Almaniya Müdafiə Nazirliyi Berlinin daha bir “Patriot” hava hücumundan müdafiə sistemini Kiyevə köçürmək qərarına gəldiyini bildirmişdi. Departament bu qərarı Rusiya Silahlı Qüvvələrinin hava hücumlarının sayının artması ilə izah edib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla