AZ

Fransa Rusiya qazının əsas alıcısı oldu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

2024-cü ilin fevralında Fransa Aİ ölkələri arasında Rusiya qazının ən böyük alıcısına çevrildi.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu ay ərzində Fransa Rusiyadan 322,3 milyon avro dəyərində maye qaz alıb ki, bu da əvvəlki ayla müqayisədə 10% çoxdur.

Qeyd edək ki, Macarıstan 2023-cü ilin fevralında Rusiyadan qaz alışını üçdə bir azaldıb – 210 milyon avro. Onun ardınca Rusiyadan 118,3 milyon avroya maye qaz alan İspaniya qərarlaşıb.

Digər Aİ ölkələri də Rusiya qazının alışını əhəmiyyətli dərəcədə artırıb – Yunanıstan idxalı 7,8 dəfə, İsveç və Finlandiya isə iki dəfə artırıb.

Görünən odur ki, 2024-cü ilin əvvəlindən Fransa prezidenti Emmanuel Makronun Rusiya əleyhinə səs-küylü bəyanatlarına baxmayaraq, Rusiya qazının alışını digər Aİ ölkələrindən daha çox artırıb. Ümumilikdə, bu ilin ilk üç ayında Paris qaza görə Rusiyaya 600 milyon avrodan çox pul ödəyib.

Günel Mikayılova,

KONKRET.az

Seçilən
86
Mənbələr
Şərh ()
Bağla