AZ

Milli Kitabxanada “18 aprel - Tarixi Abidələrin Mühafizəsi Günü” adlı kitab sərgisi açılıb

UNESCO-nun abidələrin və diqqətəlayiq yerlərin mühafizəsi məsələləri üzrə Beynəlxalq Şurasının 1983-cü ildə qəbul edilmiş qərarı əsasında hər il 18 aprel “Tarixi Abidələrin Mühafizəsi Günü”kimi qeyd olunur. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.Dövlətlərarası səviyyədə ilk dəfə olaraq “Tarixi Abidələrin Mühafizəsi Günü” 18 aprel 1984-cü ildə qeyd olunub. 

Bəşər mədəniyyətinin tərkib hissəsi olan maddi-mənəvi irsin qorunması beynəlxalq əhəmiyyət kəsb etdiyindən, onların mühafizəsi bu gün diqqət mərkəzindədir.

Azərbaycan dövlətinin yürütdüyü humanitar siyasət nəticəsində respublika ərazisindəki mövcud tarixi, dini və mədəniyyət abidələrinin aşkar edilməsi, tədqiqi, mühafizəsi, bərpası və mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində çox böyük və məqsədyönlü layihələr həyata keçirilir. Bütün bunlar isə Azərbaycanın qlobal dünyaya öz maddi və mənəvi mədəniyyəti ilə birgə inteqrasiyasını təmin edir.

Azərbaycan Milli Kitabxanasında “18 aprel - Tarixi Abidələrin Mühafizəsi Günü” adlı geniş kitab sərgisi təşkil edilib. Sərgidə Azərbaycanın mövcud tarixi, dini və mədəniyyət abidələrinin, dünya tarixi abidələrinin mühafizəsi və bərpası, mədəni irsimizi beynəlxalq aləmdə təbliği haqqında kitablarAzərbaycan və müxtəlif dillərdə nümayiş olunur.

Sərgi 1 həftə davam edəcək.























Bizi Facebookda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
1
Mənbələr
Şərh ()
Bağla