AZ

Sən də "Dəstək" ol! -

Bmg International şirkətinin 11 iliyyi və "Dəstək" layihəsinin təqdimatı keçirilib. BMG lnternational 2013-cüildə Azərbaycanda - dərin bilik və zəngin təcrübəyə malik, tanınmış iqtisadçı və maliyyəçi Orxan Məmmədzadə tərəfindən təsis edilib. BMG lnternational şirkəti üç əsas istiqamətdə fəaliyyət göstərir: 1. Biznes idarəetməsi: Strateji və maliyyə planlaşdırması, personal idarəetməsi, satış və marketinq daxildir. 2. Maliyyə məsləhətləri: Biznesi daxildən anlamağa və uzunmüddətli perspektivlərini proqnozlaşdırmağa kömək, innovativ və uyğunlaşdırılmış həllərin təklifi. 3. Peşəkar təlimlər: "Hazır Mühasib" təhsil platformasını yaradaraq maliyyə savadlılığını, bu sahədə peşəkarların inkişafını praktiki və aktual proqramlar vasitəsiləartırmaq məqsədi. "DƏSTƏK" Layihəsi, şirkətin 11 illiyini qeyd etmək və layihənin rəsmi açılışı üçün təşkil olunan tədbirdə təqdim olunub. Layihənin məqsədi sahibkarların dəstəyi ilə qazi və şəhid ailələrinə təhsil, təcrübə və iş imkanları yaratmaqdır. Bu tədbir, həmçinin digər şirkətləri layihəyə cəlb etmək üçün bir platforma olaraq xidmət edib. Tədbir zamanı Orxan Məmmədzadə qonaqları bu layihəyə qatılmağa dəvət edib. Orxan bəy bir neçə qazi və şəhid ailə üzvlərini ödənişsiz təhsillə təmin edib. BMG interfnational bildirdi ki, artıq Tədbirə qatılan bir neçə şirkətlə bu layihə çərçivəsində əməkdaşlığa başlanılıb. Bütün sahibkarları bu vacib işə qoşulmağa dəvət edirik! Layihəyə qoşulmaq üçün əlaqə: 0557887089 (WhatsApp) www.bmgi.az

[email protected]

Seçilən
36
27
Mənbələr
Şərh ()
Bağla