AZ

Kişini bıçaqlayıb, arvadını isə ölümlə hədələyən şəxslə bağlı QƏRAR

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Ali Məhkəmədə qəsdən adam öldürməyə cəhddə və öldürməklə hədələmədə təqsirləndirilən Novruz Əhmədovun barəsindəki məhkəmə qərarından dövlət ittihamçısı tərəfindən verilən kassasiya protestinə baxılıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.  
 

Qərara əsasən, kassasiya protesti təmin edilib, Şirvan Apellyasiya Məhkəməsinin çıxardığı qərarı ləğv olunub, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilib.

 

İttihama görə, hadisə 27 sentyabr 2022-ci il tarixdə, saat 19 radələrində yaşadığı Kürdəmir rayonu Yeni Şıxımlı kəndində qeydə alınıb.

 

Belə ki, Novruz Əhmədov həmkəndliləri – B.Abıyevanı ölümlə hədələyib, onun həyat yoldaşı T.Əliyevi isə bıçaqlayıb. 

 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 14 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsi Novruz Əhmədovun cəzasını 10 il 6 aya endirib. Həmin qərarından narazı qalan dövlət ittihamçısı kassasiya protesti verib.

 

Kamal Məmmədov

 

Tarix: 18 Aprel 2024, 08:50   
Seçilən
89
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
1352
Azərbaycanda bu məhsul bahalaşdı
1257
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
1165
Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
1017
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
1015
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
1004
Qəza Rəisi yox, bu şəxsə görə törədilib? - YENİ FAKT
991
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
984
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
972
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
918
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
895
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
835
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
789
Helikopter qəzası ilə bağlı yeni xəbər
771
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
747
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
741
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
733
Həlak olan şəxslər sabah dəfn olunacaq
723
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
683
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
666